Sizin həyat eşqinizə uyğun olmaya bilər...
Dünən bir yazı yazmışdım ki, nolar bir tufan gələ və hamı ölə. Təbii ki, bunun mahiyyətini hər insan anlaya bilmədi və anlamaq zorunda da deyil.
Yaşadığımız cəmiyyətdə pis insan çoxdu. Hətta bir dəfə Zərdüşt Əlizadə demişdi ki, Azərbaycan əhalisinin sayına görə vicdansız insan həddindən artıq çoxdur.
Yaşadıqlarımız, şahidi olduqlarımız sübut edir ki, pislər cəzalandırılmır. Onlar nə tez ölürlər, nə də Tanrı ədalətlidi.
Misal üçün koronavirusdan nə qədər tanıdığım yaxşı insan öldü. Amma bir nəfər pis adam öldüyünü eşitmədim.
Çünki pislərin niyyəti, həyatın mahiyyəti ilə oxşardır.
Bəs necə olmalıdır ki, pislər yox olsun?
İnsan bədənindən bakteriyaları, xəstəlikləri bir sözlə, pislikləri təmizləmək üçün yeganə yol antibiotiklərdir.
Amma... antibiotiklər pisliklərlə yanaşı insana xeyirli, fayda verən bir sözlə insanı yaşadan yaxşı nə varsa onları da qatıb qabağına öldürür. Gələcək üçün daha sağlam insan naminə...
İnsan bütün həyatın, bəşəriyyətin simvoludur, özüdür. Demək bu antibiotik taktikası həyatda da tətbiq edilməli, yaxşı insan pis insan hamısı məhv olmalı və yeni dünya yaranmalı.
Pisliklərin yox olması üçün yaxşılar da özünü qurban verməyi bacarmalıdır.
Yaranacaq yeni həyat naminə...
Çox güman ki, məni axmaq adlandıra bilərsiniz.
Olsun, Oşonu da milyonlar söyürdü.
Şəhriyar Məhərrəmov
Qadinkimi.com