BİŞ-DÜŞ
Piroqdakı unun günahı Tarix : 08 İyul 2018, 17:26
Yazar : Qadinkimi.com

Hər şeyi resept əsasında hazırlamısız, lakin piroq alınmayıb. Güman edilir ki, bunun günahkarı undur.


Unun keyfiyyəti təkcə üyüdülmüş taxıldan, yapışqanlıq dərəcəsindən və üyüdülmə keyfiyyətindən asılı deyil, onun həm də şərti saxlama müddətindən asılıdı.


Yaxşı unu sıxanda xışıldayır, onun üzərində isə barmaqların izi qalır.


Bir ovuc unu götürüb, bərk sıxın və ovcunuzu açın - yaxşı un topalanmadan səpilir. Onun dadı kəmşirin olur, ötəri xoşagələn ətri var. 


Bal ətri və çoxlu topacıqlar hiss olunursa, bu unda çoxlu zərərvericilər var. Belə unu işlətmək olmaz.


Yumulmuş un səpələnmirsə, acı tam və iy verirsə, deməli, unda çoxlu ərp var.


Əgər tamında və iyində şübhə olmursa, lakin un səpələnmirsə, deməli unda nəmişlik var. Belə hallarda unu sobanın listinə nazik qatda yayıb çox da qızdırılmamış, söndürülmüş sobada 1 saat saxlayın.


Xəmir hazırlamazdan əvvəl unu ələmək lazımdı. "Dənəvər”un digər məhsullarla daha yaxşı qarışır. Xəmir tez acıyır. Bu mayalı xəmirlərə daha vacibdi.


Un nəmişliyi və kənar iyləri özünə tez çəkir. Unu quru, sərin yerdə, kəskin iyli ərzaqlardan uzaq saxlamaq lazımdı.


Buğda ununun bir neçə növü var: əla, I,II və çovdar unu. Unun növləri onun keyfiyyətini göstərmir. Bu, onun müəyyən olunmuş yerlərdə istifadə etmək qaydalarını göstərir.


Əla növdən kövrək, qat-qat, mayalı xəmirlərdə istifadə olunur.


I növ un bulkalar və piroqlar üçün işlədilir.


II növ un isə çörək və yağsız xəmir məmulatlarında istifafə olunur. 


Qeyd etmək lazımdı ki, B1, B2, PP, E vitaminləri və mikroelementlər II növ və çovdar ununda daha çoxdur.