SEVGİ
Onun cavabsız sevgisindən oxumağı məsləhət görurəm.... Tarix : 20 İyul 2020, 10:08
 
 
Oxumağı məsləhət görurəm....
 
 


Mən bu gün sizə tanınmış rəssamımız Səttar Bəhlulzadə haqqında - onun görünməyən tərəfləri barədə məlumat vermək istəyirəm. Düzdür, o İsmayıllıdan deyil, Əmircandandır, amma həmişə onu nisgilli, kədərli tale qismətini xatırlayanda mən də kədərlənirəm.

Onun yaradıcılığı haqqında yəqin ki,çoxunuzun məlumatı var. Mən isə onun iç dünyasından - onun nakam sevgisindən söhbət açmaq istəyirəm.

S. Bəhlulzadə Moskvada təhsil alarkən onunla birlikdə görkəmli rəssam Maral Rəhmanzadə də oxuyur və gənc rəssam bu xanıma vurulur. Maral xanım şən, mehriban və ünsiyyətcil olduğu üçün ətrafında çoxlu-dostları olduğundan gənc Səttar hər zaman öz zahiri görkəmindən utanır və sevgisini bildirə bilmir. Maral xanımın Səttarın ürəyindəkindən xəbəri olmasa da, onunla möhkəm dostluq edir və yaraşıqlı oğlanlar tərəfindən ona edilən eşq təklifləriniSəttara danışır. Səttar isə qulaq asır... və xəlvətə çəkilib gizlində ağlayır.

O, sevgisinin cavabsızlığına bir daha əmin olur. Lakin buna baxmayaraq, o, sevgilisinin şəklini bir kağıza çəkir və sevgisini etiraf edir. Kağızı kitabın arasına qoyub Maral xanıma verir və onu (kitabı) oxumağı məsləhət görür.

Günlərin bir günü Maral xanım milliyyətcə rus olan bir cavana aşiq olduğunu Səttara danışır və onları tanışdırır. Bu isə Səttarın həyatında məhəbbətinə oxunan "ölüm hökmü" günü kimi həmişəlik qalır. Təhsilini bitirib Bakıya qayıdarkən Maraldan verdiyi kitabı geri istəyir. Kitabı varaqlayarkən arasındakı məktubun heç açılmadığının şahidi olur və başa düşür ki, o ömürlük tənhalığa məhkumdur.

Bu kədər, bu dərd əbədi olaraq onun gözlərinin aynasına çevrilir...

 


 Muxtar Kərimzadə adlı şəxsin şəkli.


 

 

Məhbubə Hacıyevanın "Fələklər yandı ahımdan" romanından.

 

 

qadinkimi.com