Nəylə mübarizə aparısansa o çoxalır, daha da güclənir Tarix : 24 Noyabr 2022, 15:37

Nə ilə mübarizə aparırsan, çoxalır. Nəyə müqavimət göstərirsən, güclənir.
 


 

 

Belə hallar tez-tez olur: sən özünü və ya kimisə hansısa üçüncü şəxsdən qorumağa çalışırsan. Mübarizə daha çox şüursuzluqla baş verir. Şüursuzluqla mübarizə qələbəyə aparmır. Əksinə səni də avara edir. Eqotipik saldırıyla mübarizə əbəsdi. Bu heç vaxt uğurlu nəticə vermir. Hətta əgər sən öz opponentini məğlub etsən bu şüursuz baş verəcək və yeni formadan yenidən o sənin qarşına çıxacaq. Nə ilə mübarizə aparırsan, çoxalır. Nəyə müqavimət göstərirsən, güclənir.


Bu gün tez-tez "filan şeylə mübarizə” kimi şüralar eşidirik. Belə ifadə eşidən kimi bilirəm ki, uğursuzluğa məhkumdur. Narkotiklərlə mübarizə, cinayətkarlıqla mübarizə, terrorizmlə mübarizə, xərçəngləmübarizə, yoxsulluqla mübarizə və s.Məsələn, narkotiklə və cinayətkarlıqla mübarizələrə baxmayaraq, son iyirmi beş ildə onların sayı xeyli artıb. ABŞ həbsxanalarında məhkumların sayı 1980-ci ildən 2004-ci iləcən təxminən 300 mindən 2,1 milyona qədər artıb. Xəstəliklərlə mübarizə bizə antibiotiklərdən başqa heç nə qazandırmadı. Əvvəlcə fantastik nəticələr aldığımızla bağlı illüziyaya qapıldıq. İndi isə bir çox ekspertlər antibiotiklərin tətbiqini virusların rahat və geniş yayılmasında zamana buraxılmış bomba hesab edirlər, antibiotiklərə davamlı bakteriya ştammları böyük ehtimalla super-virusların zamanla epidemiya yaratmasına səbəb olur. Amerika tibb assosiasiyasının (Journal of the American Medical Association) jurnalı, ABŞ-da ölüm haqqında məlumatlar yayıb, ölümlərin çoxu ürək-damar və xərçəng xəstəliklərindən sonra müalicələrdən olur. Homeopatiya və çin təbabəti bu mənada yalnız iki mümkün alternativ yanaşmadı. Bu müalicə üsulları xəstəliklə düşmən kimi davranmırlar, deməli, yeni xəstəliklər yaratmırlar.

 

 

Savaş - mental qurğudu. Düşməni gücləndirir və saxta şərlə mübarizə apararaq onu yenidən yaradır. Düşmən, hətta sən ona qalib gəlmisənsə belə yenisi ilə əvəzlənir. Yeni şər yaranır. Şüurun vəziyyəti ilə xarici reallıq arasında dərin daxili bağ var. Əgər sənin şüurun "müharibə” adlı qurğunun məngənəsinə sıxışdırılıbsa, qavrayışların yüksək dərəcədə seçkin olur və ya eyni dərəcədə təhrif edilir. Başqa sözlə, sən təkcə görmək istədiyini görürsən, gördüklərini səhv anlayırsan. Belə bir hərəkət sistemində hansı nöqsanların ola biləcəyini təsəvvür et. Və ya heç olmasa axşam xəbərlərini izlə.

Eqonu kollektiv funksional pozuqluq, insanın ruhi xəstəliyi kimi qəbul et. Onu oldğu kimi qəbul edəndə kiminsə şəxsi keyfiyyəti olduğunu düşünmürsən. Eqo kütləvi xəstəlikdi.Bircə dəfə eqonu eqo kimi qəbul etsən, ona reaksiya verməsən situasiya xeyli yüngülləşər. Onu şəxsi qəbul etmə. Onu haqsız bilmək, qınamaq, ittiham etmək, şikayət etmək yanlışdı. Orda səhv edən kimsə yoxdu. Bu, yalnız kiminsə eqosudu, vəssalam. Şəfqət onda yaranır ki, hər kəsin bu xəstəlikdən əziyyət çəkdiyini anlayırsan. Sadəcə, bəziləri daha kəskin əziyyət çəkir. Sən oda odun üstünə yağı tökmürsən. Yağ tökmək nədi? Reaktivlik. Məhz onda eqo güclənir.

 

Ekhart Tolle
Tərcümə: Aysel Əlizadə