UŞAQ / BÖYÜK
Nənəcan, ağrının öhdəsindən necə gəlirsən? Tarix : 27 May 2022, 19:10

- Nənəcan, ağrının öhdəsindən necə gəlirsən?



"Əllərimlə, mənim balam. Bunu ağlınla edəndə ağrı yüngülləşmək əvəzinə güclənir."



- Əllərinləmi?



"Bəli. Əllərimiz ruhumuzun antenləridir. Əllərimizi tikiş tikərək, yemək bişirərək, rəsm çəkərək, torpağa toxunaraq və ya onu bütün dünyaya mahnı oxuyarkən hərəkət etdirdiyimizdə ən dərin hüceyrəmizə qayğı işarələri göndəririk, beləliklə ruhumuz sakitləşir. Və beləcə ruhumuz artıq ağrıları göstərmək məcburiyyətində olmur."



- Əllər həqiqətən vacibdirmi?



"Bəli, qızım. Körpələri düşün: onlar dünyanı toxunaraq tanıyırlar. Yaşlı insanların əllərinə diqqətlə baxsan, bədənlərinin hər hansı bir hissəsindən daha çox, əllərinin həyat yolundan xəbər verdiyini görərsən. Əllə edilən hər şey ürəklə edilir. Reallıqda da bu belədir: əllər və ürək bir-birinə bağlıdır. Masajçılar bunu yaxşı bilir: əlləri ilə başqasının bədəninə toxunduqda, dərin bir əlaqə yaradırlar. Sevgililəri düşün: əlləri ilə bir-birinə təmas etdikdə, bir başqa yüksəklikdə sevirlər bir-birlərini."



- Əllərim, nənə... Çoxdandır ki, onlardan belə istifadə etmirdim.



"Onları hərəkət etdir, qızım, onlarla yaratmağa başla və içindəki hər şey hərəkət edəcək. Ağrı bəlkə tam keçməyəcək, lakin o, ən gözəl şah əsərə çevriləcək. Və zamanla daha az ağrıdacaq. Çünki, sən məhz əllərinlə öz varlığının qayğısına qalmağı bacaracaqsan."

 


Elena Barnabe

 

Qadinkimi.com