***
Qəlbə xidmət ömrə xidmətdir.
***
İçində hər şeyi sıfırlasan da, sıfırdan deyil, birdən başla.
***
İnsanlıq öləndə dünya zülmət olur.
***
İnsanın həyatı narahat olanda , geyimində rahatlıq axtarır.
***
Bir ürəyə ürək dilində cavab verən xoşbəxtliyin nə olduğunu bilir.
***
Bir insan əşyasını itirdikdə sevinirsə, o nə vaxtsa bir əzizinin acısını yaşayıb.
***
Dağın zirvəsi uzaqlaşdıqca, insanın zirvəsi ona yaxınlaşdıqca görünür.
***
Qələmin kağıza sevgisi kimidi, insanın sevgisi.
İstəyəndə yazır, istəyəndə qaralayır.
***
Qəlbini ölü dəniz kimi saxla ki, hisslərin fırtınaya düşməsin.
***
Həyat layla ilə başlayıb, bayatı ilə bitir.
Sevgi isə nağılla başlayıb, romanla bitir.
***
Qəlblərin toqquşması avtomobillərin toqquşması kimidir,
Kim ölə, kim qala.
***
Ağıllı qadın reallığı dəyərləndirən qadındır.
***
Ürəyi təmiz olanın əhatəsində təmiz olmayanlar çox olur.
***
Ağlın ağırlığını qaldırmaq olur, qəlbin ağırlığını qaldırmaq olmur.
***
Hər mürəkkəb məsələnin sadə cavabı olduğu kimi,
Hər mürəkkəb münasibətin də sadə həlli var.
***
Gözlərin axtardığını ürək tapır.
***
Qaranlıqda işıq, işıqda qaranlıq axtarmaq xislətimizdədir.
***
Anlamaza heç nə anlatma, nə anlatmaq istəsən, anlayana anlat.
***
Qapını çırpıb gedən dönür, açıq qoyub gedən dönmür.
***
Ürək sözünü həmişə deyir, əsas odur, onu dinləyən tapılsın.
***
Əvvəldə olmasa da sonda hamı olduğu kimi görünür.
***
İstənilən qısqanclığın kölgəsində bir bəhanə gizlənir.
Nazilə Gültac
qadinkimi.com