ƏDALƏT, DÜRÜSTLÜK, MƏRDLİK, SEVGİ və s. GÖZƏL DUYĞULAR O QƏDƏR QİYMƏTLİDİR Kİ, HƏR ADAMA XƏRCLƏMƏK OLMAZ...
- Karantin qaydalarına əməl edirəm.Evdəyəm. Evdən çıxmağa çox da meylli deyiləm. Hərdən gərginləşirəm. Vəziyyət üzücü, yaşamaq gözəldir. Mütaliə edir, xəbərləri izləyir, köhnə sovet filmlərinə baxıram, sosial şəbəkə, yazılarım var, kitab hazırlayıram, tərcümə edirəm, ev işləri görürəm, dərslərə başlamışam. Nəvəmlə vaxt keçirirəm, dərslərilə, daha çox da riyaziyyatla məşğul oluram. Elə bilirəm riyazi biliyi olmayan, ya zəif olan adamın məntiqi də zəif olur.
- Yaradıcılıqdan əlavə pedaqoqsunuz. Hansı fənni tədris edirsiniz? Bu peşəyə necə gəldiniz?
- Uzun illərdir müəllimliklə məşğulsunuz. Elə zaman olubmu sıxıcı gəlsin sizə?
- İkinci aydır ki, məktəblərdə dərs yoxdur. Siz bu cür boşluğu necə doldurursunuz? Şagirdlərlə bu baxımdan hər hansı əlaqəniz varmı?
Müəlimələrlə evdə çətin olur? Heç doğmalarınıza müəllimə - şagird münasibəti kimi danlayıb, məsləhət verirsiniz?
- Ehtiyacları olduğunu hiss edəndə, ya ciddi bir məsələdə məsləhət verə bilərəm.
- Şeirlərinizə bəstələnən mahnıları nəzərə alsaq, sizin özünüzdən çox məşhurdur. Hətta bəzilərini az qala hər kəs bilir. Necə hisdir mətnin imzadan daha məşhur olması? Belə hallar çox az olur.
- Bütün şairlər sözlərinə mahnı olmasını istəyir. Amma Xalq artisti Aygün xanım Səmədzadənin bəstəsində -"Məktəb illəri " kimi bir dəfə oxunmaqla bu qədər məşhur olan mahnılar çox olmur. Onlarla kitabla, efirlərə çıxmaqla, müxtəlif tədbirlər keçirməklə, ya cürbəcür fəxri – fərmanla və nələrləsə bir mahnı mətni ilə qazandığım məşhurluğu qazana bilməyənlər var. Maddi imkanın varsa, reklam edərsən özünü, amma mənasız sözü sevdirə bilməzsən.
- Bu mahnılar haqqında, onların yaranma səbəblərindən danışardınız...
- Etiraf edək ki, əksər mahnılarımızın sözləri çox bayağıdır. Hətta biabırçı. Sizin kifayət qədər əlaqəniz var, şeirlərinizə mahnı bəstələyənlər sizə hörmət edir. Bəlkə bu əlaqələrinizdən istifadə edib mahnı mətnlərimizi xilas edək? Onlara məsləhət və mətnlər təklif edəsiniz. Bu barədə nə düşünürsünüz?
- Mahnı əsərdi. Musiqi zövqünün formalaşmasında ən vacib janrdı. Mahnının auditoriyası çox böyükdü. O biabırçı mətnlər birbaşa qavrama zərbə vurur. Arada belə söhbətlərimiz olur müğənnilərlə. Verilişlərdə demişəm, hətta yazım da var. Sözlərə önəm verən ifaçılarımız var. Bəziləri yüngül, bayağı sözlərin asan anlaşıldığını, tez şöhrət gətirdiyini düşünür. Məşhur olanları olur, amma tez də unudulur. Kamalın bəstəsi olan "Özün günahkarsan” çətin mahnıdı. Bu sözlərə hər bəstəkar musiqi yazmazdı. Amma sevilir illərdi. Dediyiniz kimi mətni əzbər bilirlər. Sözü də, musiqisi də, özü də bayağı olanlar da var. Oqtay Kazımi ilk mahnını yazanda o qədər həyacan keçirirdim. Bədii Şura vardı, icazə verməyə bilərdilər. İndi xərc çəkir klip çəkdirir, ödənişlə harda istəsə səsləndirə bilir. Burda bəstəkarın da yanaşması önəmlidir. Bu bayağı mahnıları adətən ifaçılar özləri yazır. Məncə TV–lər də ciddi yanaşmalıdır bu məsələyə. İndi bu məsələyə diqqət verilir məncə, efirləri bayağılıqdan uzaqlaşdırmağa çalışırlar. Heç bir pul xalqın düşüncəsinə, mənəviyyatına, musiqimizə, sözümüzə vurulan ziyanı ödəyə bilməz.
- Qızınız və qardaşınız da yaradıcılıqla məşğuldur. Yaradıcılıqla məşğul olan başqa doğmalarınız da var?
- "Dəli Kürdə” bir epizod var. Deyir niyə qəssab oğlu hökmən qəssab olmalıdır. Müqayisə bəlkə də kobud çıxar. Niyə Azərbaycanda yazıçı və şairlərin övladları da şair, yazıçı olur. Bunu nə ilə izah edə bilərik?
- Şeirlərinizdən əlavə yaradıcı şəxslər haqqında məqalələr yazırsınız. Hətta belə bir kitabınız da 3-4 il öncə çapdan çıxdı. Şairlərin adətən başqalarından kitab, yazı həsr etməsi qısqanclıq və ya ayrı səbəblərdən az olur. Bu kitabı çıxarmaq ehtiyacını nədən hiss etdiniz?
- Nəsillər arası savaşı götürdükdə yaşlı nəslin gəncliyi tərifləyən yazıları nadir hallarda olur. Adətən ya tənqid, ya da məsləhətlər. Sanki xoş söz deməyə çəkinirlər. Sizin səhv etmirəmsə, gənclik haqqında xeyli xoş ovqatlı yazılarınız var.
- Bu yazıları daha çox tənqidlə rastlaşdığım zamanlarda yazmağa başladım. İndi də yazıram. "Niyə yazırsız, özlərindən çox razıdırlar”, ”Niyə yazmırsız, maraqla oxuyurduq, gözləyirik” deyənlər də oldu. Gəncliyin də yaşlı nəslə münasibəti ürəkaçan deyil. Ədəbiyyat, sənət elə sahədir ki, orda kimsə başqasının yerini tuta bilməz. Vəzifə kürsüsü deyil ki, tanışlıqla kimisə oturda biləsən. Zəhmət və istedad lazımdı. Düşünürəm ki, insanları daha çox sevgi, səmimiyyət gözəlləşdirər.
- "Azərbaycan...
De, gözlərimi açsam, gözüm-gözünə baxsa,
məni bağışlarmısan?” belə deyirdiniz. Azərbaycan bağışlaya bildimi sizi? Və ya Kəmalə Abiyevanı Azərbaycan nə vaxt, nədən sonra bağışlaya bilər?
- Torpağı - Vətəni hər problemdə günahkar bilən, suçlayan yazılara, şeirlərə rast gəlirik. Anlamıram, əgər kasıbsansa, villan yoxdusa, ya qanunlar pozulursa, rüşvətxorluqdan narazısansa və s. bu torpaq neyləsin? Onu bütün problemlərə bais "şəxs" kimi aşağılamaq olar? Ona görə "daha anamız olma”, "məni bağışlarmısan?" - deyirəm. Dili olsa, nələr deyərdi bizə? Ayağa qalxa bilsə, silkələnib tökərdi bizi boşluğa. Vətən səni sevən yer deyil, sənin sevdiyin yerdi. Uşaqlıqda Ordubada, Astaraya gedərdik tətildə. Xüsusi icazə vərəqi olmalıydı. Ordubada qatar sərhəd boyu yoldan keçirdi. Araza, tikanlı məftillərə baxıb kövrələrdim. Onda yazmışdım Araza:
Axar su olar sərin, Bu yanğı səndə hardan?
Dəyişməyib ki, yerin,bəs niyə narahatsan?
Vətəni sevmək, Araz yanğısından Məmməd ARAZ -"vətən daşı” olmaq gərəkdi. Azərbaycan,
şeirdə dediyim kimi,” bütün paralarını bir- bir yerinə qoysaq”, bəlkə
bağışlayar?
- Göy göyə bənzəmirsə, bulud buluda bənzəmirsə, yarpaq yarpağa bənzəmirsə biz uydurduğumuz dünyadayıq?
- Əlbəttə, reallığı yaşamaq çətindi. Yəni ölmək üçün necə yaşamaq olar? Reallıq budur. Arzular, xəyallar, uydurmalarla yaşayırıq. Məgər həmişə bulud buluda oxşayır?
- Mərhum şair Vaqif İbrahim xatirələrinizdə kövrək, həssas xətlə keçir...
- Vaqif İbrahimi heç unutmadım. Gənc Yazarlar ədəbi birliyinin rəhbəri idi. Gözəl atmosfer yaratmışdı. O birlikdə çox səmimi dostlar qazandım. Çox təəssüf ki, AYB – də illər ərzində onun bir xatirə günü –yubileyi qeyd olunmadı. 70 illiyində kitab tərtib etdim, maraqlı tədbir keçirdik. Əbülfət Mədətoğlu kitablarımdan biri haqda yazısını "Bizim illərin uşaqları” adlandırıb. 80 – cilər – "Bizim illərin uşaqları” , bütün ailə üzvləri, nəvəsi Vaqif İbrahim də iştirak etdi.
- Bu arada bir təsadüfi qeyd edim ki, Sumqayıtda məktəblərdən biri Vaqif İbrahimin adınadır və o məktəbi oxumuşam.
- Sumqayıtı sevirəm. Ordakı ədəbi mühit də fərqlidi. Maraqlı tədbirlər keçirirlər. Sumqayıtda yaşayıb yaradanları da unutmurlar. Vaqif İbrahimin də xatirəsi əzizdir. Hətta Vaqif İbrahimin latınca ilk kitabının təşəbbüskarı da İbrahim İlyaslıdır. Məktəb olduğunu bilirdim, bir daha şadam ki, təkcə sevdiyim Eminlə deyil, həm də o məktəbin məzunuyla söhbətləşirəm.
- Ədəbi mühitdə adətən valideyn-övlad məsələsi kənara qoyulur. Amam sizin Aysel Əlizadə məsələsində çox həssas olduğunuzu deyirlər. Məsələn, o tənqid olunan kimi bir ana kimi müdafiə etməyə. Onun xeyrinə nəsə etməyə çalışırsınız...
- Bilirsiz Ayselin təqdimatlarında təkcə oxucular deyil, söz dünyasında çəkisi, cəmiyyətdə xüsusi yeri, mövqeyi olan insanlar iştirak edib, maraqlı, dəyərli fikirlər söyləyiblər. "Ayselin bənzərsiz şeirləri” adlı ilk yazını sevimli yazıçımız Kamran Nəzirli yazıb. "Göy qurşağı” publisistik yazıları toplanmış kitaba hər yazısı mənimçün yazı olan İradə xanım Tuncay çox təsirli ön söz yazıb. Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Esmira xanım Fuad, Fazil Mustafa, Əbülfət Mədətoğlu, Firuz Müstafa və başqa söz sahiblərinin kitabları, yaradıcılığı haqda yazıları var. Adam var illərdi aparıcı kimi görünmək üçün çabalayır, tamaşaçı yığa bilmir. Ayselin hər çıxışının on minlərlə, yüz minlərlə izlənməsi olur. Tənqidi fikirlər də ola bilər. Yəni qərəz yox, tənqid. Nə təpgi? Bilmirəm, kim deyir, niyə deyir? Məni yaxından tanıyanlar bilir ki, riyakarlığa, namərdliyə, haqsızlığa və s. və i. təpgi göstərə bilərəm. Sağlam düşüncəyə yox. Və sağlam düşüncəli kimdəsə belə bir hiss yaranıbsa, ana duyğusu kimi çox səmimi, hörmətlə anlayış göstərər. Heç bir utancverici qarşılıq verməz. Böyük adamlar böyük düşünür.
- Aysellə sizi müqayisə edəndə Aysel daha çılğın, emosional təsir bağışlayır. Sizsə səbrli, təmkinli.
- Son olaraq
- Gəlin sonda hər kəsə aydın məqsəd, aydın düşüncə, aydın baxış arzulayaq. "Sağlamlığınıza diqqət edin "- deyək
Söhbətləşdi: EMİN PİRİ
Mənbə: Adalet.AZ
qadinkimi.com