UŞAQ / BÖYÜK
Ümumdünya Uşaq hüquqları günüdür Tarix : 20 Noyabr 2025, 15:54
BMT-nın Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq hüquqları bəyannaməsini, 1989-cu ildə isə Uşaq hüquqları haqqında Konvensiya qəbul edib. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlar -inki.af, müdafiə, iştirak, yaşama hüquqları öz əksini tapır.
20 noyabr Ümumdünya  Uşaq hüquqları günü kimi qeyd olunur.

 

Qoruyaq körpələri,

Körpələrin gözləri

heç vaxt yaşla dolmasın.

Dünya körpə gözündə göz yaşına dönməsin.

Qoruyaq körpələrin məhəbbət baxışını,

Müqəddəs gülüşünü,

Ürəklərində heç vaxt

sevinc odu sönməsin.

Kamalə Abiyeva

 


20 Noyabr - Ümumdünya Uşaq Hüquqları günüdür - AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

 

Uşaq hüquqları haqqında esse, Usaq huquqlari insa - Oxubil.info

 
 
 
 

 
 
qadinkimi.com