YAZI / DÜŞÜNCƏ
Müdriklik haqda 10 bənd Tarix : 19 İyun 2019, 16:35
Yazar : Qadinkimi.com
1. Müdrik adam daha çox susar;

2. Birbaşa heç nə soruşmaz;

3. Məqsədləri haqda heç kimə danışmaz. Lovğalıq qısqanclıq doğurur. Hətta lovğa olmayan uğurlu adamı da qısqanırlar. (qısqanclıq güclü enerji hücumu yaradır)
 

 
4. İnsanlar mahiyyətcə qısqancdı. Paxıllıq-Kainatda ən güclü emosiya yaradan hisslərdən biridi). Müdrik adam bunu bilir.

5. Hiyləgərlik- şəraitdən istifadə edə bilmək bacarığıdı. Müdriklik-harda, nədən istifadə edəcəyini bilmək bacarığıdı;

6. Müdrik adam heç vaxt söhbət zamanı birbaşa təhqirə keçməz;

7. Müdriklər bir-birinin kartını söhbəti bilməyən adamın yanında açmırlar;

8. Müdriklər ən xırda amal uğruna belə maksimum güc sərf edirlər. Özlərini formada saxlamaq, böyük məqsədlərə gedən yolda məşq etmək üçün; 

9. Müdrik adamın əlinin altında həmişə önəmli işlər üçün lazım olan gərəkli şeylər var. Müdrik insan tədarüklü olur;

10. Müdrik adam həmişə başqasının fikrini öyrənir, hesablaşır. Müdrik adam heç vaxt ağıllı, peşəkar insanın fikrini soruşmağı özünə əskiklik bilmir. Amma öz fikri ilə də sağollaşmır. Müdrik adam bir tək həqiqətlə qarşılaşanda öz fikrinə düzəliş edir;
 


qadinkimi.com