YAP Siyasi Şurasının iclasında gözlənilməz təşəbbüs irəli sürülüb.
İclasda Milli Məclisin buraxılması qərarı qəbul edilib.
Bu qərar parlamentin son bir ildə ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.
Yaxın saatlarda YAP deputatlarının birgə iclası keçiriləcək.
Sabah parlamentdə hakim partiyanı təmsil edən çoxluq qərarla bağlı məsələ qaldıracaq. Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciət ediləcək.
Milli Məclisin Daxili Nizamnaməsinin "Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.