On altı adamlıq pay üçün aşağıdakı miqdarda ərzaq götürün:
125 qram kərə yağı
200 qram şəkər
1 paket vanil
1 paket pudinq tozu
1 kiloqram kəsmik (tvoroq)
4 ədəd yumurta
1 ədəd limonun şirəsi
2 xörək qaşığı mannı yarması
2 ədəd şaftalı
350 qram müxtəlif meyvələr
Qabartma tozu
Hazırlanması:
1. Duxovkanı 175 dərəcəyədək qızdırın. Kərə yağını şəkər və vanillə birgə çalın. Yavaş-yavaş həmin kütləyə kəsmik, yumurta və limon şirəsi əlavə edin. Mannı yarmasını pudinq və qabartma tozu ilə qarışdırıb həmin kütləyə əlavə edin.
2. Tort bişirəcəyiniz formanı yağlayın, içinə kağız sərin və xəmiri üstünə tökün. Sonra onu duxovkada bir saata yaxın bişirin. Formanı duxovkadan götürün.
3. Əlinizdə olan meyvələri doğrayın. Tortun üst hissəsindən bir qədər çökək şəklində kəsib götürün. Tortu bişməyə qoyanda doğranmış meyvələri soyuducuda, buzluqda bir qədər "dondurun". İndi həmin meyvələri götürün və tortu bəzəyin. Tortunuz hazırdır, Nuş olsun!.
Qadinkimi.com