SEVGİ
Mənfəət, yoxsa sevgi? – Şahzadə Harri və aktrisa Meqan Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

Böyük Britaniya şahzadəsi Harrinin aktrisa Meqan Markl ilə evlənəcəyi  çoxlarını şoka saldı. İctimaiyyət aktrisanın  varisi həqiqətən sevdiyinə inanmırdı. Onu şəxsi məqsədləri üçün seçdiyini deyirdi.  Dünya ictimaiyyəti əmin idi: Meqan bu nigaha yalnız  şəxsi uğurları üçün girir. İngilislər hətta gəlinə qarşı ərizə - petisiya imzalayırdılar.

Toy isə bütün dünyanın gözü önündə ənənəvi təntənəylə baş tutdu. Canlı yayına milyonlarla insan baxırdı. Gəlinlikdən tutmuş qonaqların siyahisinə kimi hər şey sosial şəbəkələrdə, mediada müzakirə olundu.
İnsanlar  krallıq toy qaydalarının pozulduğunu da iddia edirdilər.  Toy bitdi.  Gənclər öv saraylarına çəkildilər.  Həqiqətənmi Meqan Harri ilə imtiyaz və titula görə evlənib? Bunu Rusiyanın tanınmış ekstrasensi Nadejda Şevçenko  təhlil edir:  " İngilislərin düşmənçilik münasibəti, şahzadə Harrinin seçiminə  təsir göstərə və Meqan ilə əlaqəsini sarsıda bilməz.  Cütlük   bütün sınaqlara dözmək üçün sevgi və səbir göstərdilər. Bu iki gənc bir-birini çox sevir ", - deyə Nadejda bildirib. Bu gün dünyanı təəccübləndirən odur ki, Britaniya kraliçası mühafizəkar  II  Yelizaveta  necə oldu  nəvəsinin sarayın bu qədər toy təşkilatçılıq ənənəsini pozmasına imkan verdi. Boşanmış amerikalı aktrisa ilə evlənməsinə razı oldu. Səbəbi odu ki, kraliça şahzadə Diana və Çarlz hekayəsini unutmayıb. Bu, böyük faciə idi. Ona görə də nəvəsinin həyatına və seçiminə qarışmamağı üstün bildi.  II Yelizaveta gözlərini bağladı və sevimli nəvəsinə seçmək hüququ verdi.

Meqanın artıq uşağı var...                                                                                


 

Nadejdanın digər şərhi bizi şok etdi.  Beləliklə, bunu sizinlə paylaşırıq. Şevçenko  deyir ki, Meqanın artıq uşağı var...

Məlum olduğu kimi,  Meqan Marklın  keçmiş həyat yoldaşı  kinoprodüser  Trevor Engelson bu ayrılığı ağır keçirir. Hətta öz həyatı ilə bağlı serial çəkməyə hazırlaşır. Trevor filmdə ingilis şahzadəsinə ərə gedən qadının keçmiş ərinin öz atalıq hüquqları uğrunda mübarizəsi haqda ssenarini ekranlaşdırcaq.  Təsadüfmü?

Uzun müddətdir Meqanın sarayda özünə yer edə bilməməsi, qəbul olunmaması haqda şayiələr gəzir.  Şahzadə Harrinin bütün səylərinə baxmayaraq, kral ailəsi seçilmiş gəlinə  "düşmən” münasibəti göstərir.  "Əlbəttə ki, bütün saraylarda olduğu kimi Meqan ətrafında da bir çox hadisə baş verir.  Xoşbəxtlikdən bu ona heç bir şəkildə təsir etmir. Markl daha demokratikcə fəaliyyət göstərir: o, bəzi şeylərə səthi baxır,  gözlərini çox şeyə yumur ", - deyə Nadejda danışır.
 

Keytin qısqanclığı


" Şahzadə Harrinin qardaşının xanımı olan Keyt Midlton  daim Meqan Markla qarşı narazı münasibət sərgiləyir.  Davranışı  ilə düşmənçilik nümayiş etdirir. Şahzadə Uilyamın həyat yoldaşı  Meqanı  "aktrisa” deyə çağırır və Harrinin onunla evlənməsini səhv adlandırır.  Lakin Keyt  özü səhv edir. Çünki bu  cütlüyün  hissləri çox güclüdür. Harri və Meqan birlikdə rahatdırlar.  Bəlkə də bu fakt Midltonun qısqanclığına səbəb olur.  O, nigaha bəzi problemlər yaradır ", - Nadejda dedi.

Uzun və xoşbəxt həyat?

Dünyadakı skeptiklər, Harri və Meqanın nigahlarının tezliklə pozulacağını  proqnozlaşdırırlar. Yerli əhali Marklın səmimiyyətinə inanmır. Bəlkə bu rəylə kral ailəsi də razıdır.  "Toydan sonra kim bilir, neçə qeybət və intriqa hadisəsi ilə qarşılaşacaqlar,  lakin onların güclü hissləri hamıya qalib gələcək.  Deyilənlərə  baxmayaraq, bu dünyanı məhəbbət idarə edir.  Bu cütlüyün də məhəbbəti  realdır ".


Xalq onların övladı olub olmayacağı məsələsini toydan çox əvvəl müzakirə etməyə başladı. Məsələn, kriminalist-rəssam Jon Mullins gələcək varisin  necə olacağını təsəvvür etməyə çalışdı və  müasir texnologiyaların köməyi ilə uşağın portretlərini boyadı. "Evlilikdə Harri və Meqanın qızı olacaq. Hesab edirəm ki, bu, gələn il baş verəcək "- Nadejda proqnoz  verdi.  Məşhur cütlüklər həmişə ictimaiyyətin diqqətinə çevriliblər.  Həmişə də diqqət mərkəzində olacaqlar.  Biz inanırıq ki, şahzadə Harri ailəsində sevgi və anlayış hakim olacaq.

Woman.ru