YAZI / DÜŞÜNCƏ
Mənəvi sağlamlığın qızıl qaydaları - Cahan yazır Tarix : 04 May 2022, 10:13

 

 1. Səhər, günorta, axşam 0,5 litr su için. Bu zaman öz-özünüzə deyin: "Mən sağlamam, mən şəfa tapıram”.

 

 2. Nəfəsalmanı dəyişin. Nəfəsverməni nəfəsalmadan iki-üç dəfə çox uzadın. Sakit, rahat nəfəs alın. Gün boyu buna diqqət edin. Sakit, sevinclə, gərilmədən nəfəs alın.

 

 3. Şəfalı sözlərin siyahısını tutub tez-tez oxuyun. Məsələn: Mən sağlamam, Şəfa tapıram. Şəfa axınına açığam. Başım, belim, ürəyim və s. sağalır.

 

 4. Özünüzü massaj edin. Əliniz çatan yerləri yüngül ovuşdurun. Xüsusi diqqət: daban, sinə, boyun və narahat hissələrə

 

5. Yüngül nəfəs alıb ağız-burunu tutun. " Mən yaşamaq istəyirəm” cümləsini deyin. Bunu hiss edərək edin. Sonra buraxın. Dərindən nəfəs alın, rahatlıq hiss edib təkrar tutun. 

 

 6. Yatmağa 22:00-da uzanın. "İndi şəfa tapacağım yerə gedəcəm” deyin. Tezdən oyanın, 5.00-da olsa yaxşıdı.

 

 7. Neqativ ötürən kanallara baxmayın. Gülməli, komik şeylər izləyin.

 

 8. Axşamlar sakitləşdirici musiqi dinləyin. Səhərlər ritmik mahnılar qoyun, rəqs edə, oxuya bilərsiz. 

 

 9. Təbiətdə olun. Pəncərədən göyə baxın.

 



 10. Xəstəlikdən danışmayın, müzakirə belə etməyin. Xəstəlik haqda düşünməyin, görsəz ki, problem beyninizdən çıxmır, ümumiyyətlə düşünməməyə çalışın, sükutda oturun.

 

 11. Dostlarınız, yaxınlarınızla qayğısız, məzəli söhbətlər edin. Qarşılıqlı müsbət enerji alacaqsınız.

 

 12. Soyuq su ilə yuyunmağa başlayın. Əvvəl yalnız dabanları, sonra ayaqları sulayın, daha sonra başınızdan soyuq su tökün. Sevincli şeylər düşünün.

 

 13. Az və tez-tez yeyin. Ev yeməyi olsa daha yaxşıdı. Sadələşdirin: müxtəlif sıyıqlar, duzlu kələm, salat; 

 

 14. Tərləyənə kimi oturub qalxma idmanı edin. Qolları sıxın, addımlayın, qaçış da çox yaxşıdı.  

 

 15. Hər gün 10-15 dəqiqə sadəcə oturub rahatlayın, fikrən təkrarlayın: "Qoy hər kəs sağlam olsun, hamı xoşbəxt olsun”. Bunu ürəkdən edin, ətrafda hamının həyatının gözəl olduğu dünyanı təsəvvür edin. 

 


 

 16. Hər gün özünüzü yaxın gələcəkdə sağlam bir insan kimi təsəvvür edin. Məsələn, 7 gündən sonra gümrah, işıq saçan biri olacam. Özünüzü Günəşli bir yerdə təsəvvür edin. 

 

 17. Tanrıdan kömək istəyin! 


Cahan Dünya

Çevirdi: Qadinkimi.com