Qadinkimi.com ateist nobelçilərin din barədə fikirlərini təqdim edir:
Ceyms Vatson: 10 yaşımdan bu yana Allahın mövcudluğunu sübut edən bircə dəlilə rast gəlməmişəm. Mən bilmirəm bəzi alimlər buna niyə inanırlar. Hərçənd onlar azlıq təşkil edir.
Jores Alfyorov: Mən ateistəm, bu, fizik olmağımla da bağlı deyil. Elmi işçilər arasında ateist çoxdur. Dinin əsası inamdı, elmin əsası bilik. Dinin elmi əsasları yoxdur. Bu qədər. Amma keşişlər olmasını istəyərdilər.
Vitali Ginzburq: Din dövlətdən ayrı olmalıdı. Mən möcüzələrə qarşıyam. Möcüzə tamamilə elmi dünyagörüşünə ziddir. Təkamülün olmadığını, insanın və heyvanların 5-7000 əvvəl yaradıldığını hesab etmək olmaz. Bu absurddur. Mən elmi sevirəm. Dini kitablar təbliğatdır. Allaha inanırsız inanın, amma elmi təbliğ edin. Mənə 2•2-nin 5 olduğunun deyilməsini sevmirəm.
Bertran Rassel: Allahın varlığı ilə bağlı deyilən bütün arqumentləri tətqiq etmişəm. Heç biri mənə məntiqli gəlməyib. Yalana inanmağın praktik səbəbi ola bilməz, bunu istisna edirəm. O biri dünya deyilən anlayışı cəfəngiyat sayıram.
Riçard Feynman: Bir alim mistik cavabla necə kifayətlənə bilər? Hesab edirəm ki, bilmədən yaşamaq yalan olduğu mümkün sayılan cavabla yaşamaqdan daha maraqlıdır. Məni bilmədən yaşamaq qorxutmur. Özümü kainatın sirləri qarşısında - hansısa bir məna olmadığı üçün, - itirib vahiməyə düşmüş kimi hiss etmirəm. Çox güman elə bu cürdür.
Hazırladı, Qadinkimi.com