Mən sevdiyim adamlara məxsusam, onlar da mənə. Başqalarının dediyi, müxtəlif kitablar, məsləhətlər deyil, sevgi, yəni sevmək-sevilmək şəxsiyyətimin düzgün formalaşmasına güclü təsir edir.
Veronika Rot.
Mən sevginin mahiyyətini anladım: Sevgi mütləq sədaqətdir. İnsanlar sönür-qocalır, xarici görkəmləri dəyişir. Sədaqət isə daimidir.
Silvester Stolone
Dürüstlük və sədaqət-əsas açar budur. İki nəfər bir-birinə dürüst və sədaqətlidirsə, onların münasibəti uğurlu olacaq.
Teylor Lotner
Ən vacib dost ola bilməkdir. Hər kəs ilk olaraq özü ilə dost olmalıdır. Bu yoxdursa, başqaları ilə münasibət alınmayacaq.
Eleanor Ruzvelt
Əsil dost səni olduğun kimi tanıyan, anlayan və qəbul edəndir. Zamanla dəyişməyin də onun münasibətinə təsir etmir.
Vilyam Şekspir
Heç bir öhdəliyin – məqsədin yoxdursa, münasibətlərdə, biznesdə, hər hansı bir işdə, hətta hobbində belə gərəkli nəticən olmayacaq.
Neil Ştrauss
Sənin üçün fədakarlıq etməyən birinin sədaqəti faydasızdır.