GENDER, QADIN / KİŞİ
Maraqlı və məzəli Tarix : 12 Mart 2026, 13:42
930-cu ildə Riqada qadınlar üçün hansı kişilərdən uzaq durmaq barədə tövsiyə xarakterli maraqlı bir kitabça çap olunub. Müəllifin tövsiyələri tibbi nöqteyi-nəzərdən də diqqəti cəlb edir. Amma mən 8 Mart Beynəlxalq Qadınlar Gününü nəzərə alaraq, həmin kitabdan sadəcə ilk baxışda məzəli görünən məqamları təqdim edirəm.
 
Bir bunu deyən yazı
Kişinin valideynlərini araşdırın. Unutmayın ki, alma budağından gen düşməz.
Kişinin səsinə diqqət edin. Əgər it hürüşünü, yaxud sınıq şüşə cingiltisini xatırladırsa, böyük ehtimalla qarşınızda söyüşkən və dalaşqan insan var və unutmayın ki, o, hər xırda şeyə görə evdə qalmaqal salacaq.
Evin tək oğludursa, ondan uzaq durun. Anasının dizinin dibindən ayrılmayan "ana uşağı"ndan yaxşı ər çıxmaz.
Hər şeydə özünü haqlı hesab edən kişidən uzaq durun.
Hər dəfə güzgü yanından özünə baxmadan keçməyən kişi sizlik deyil.
Arvadının şən və xoşbəxt olmasını vecinə almayan kişinin üzünə də baxmayın. Deməli, o, ailənin xoşbəxtliyinin qadında olduğunu anlamayan biridir.
Yaş fərqinə diqqət edin; kişi 12 yaşdan çox böyük olmamalıdır. Əks halda belə izdivacdan degenerat törəyər.
Yerində 5 dəqiqə sakit dayana bilməyən, stulda əyləşəndə də vurnuxan kişidən qaçın.
Güləndə "kxe-xe", "pxe" kimi səslər çıxardan adamdan ailə başçısı çıxmaz. Ağlı başında və intellektual səviyyəsi yüksək olan kişi güləndə "ha-ha-ha" edər.
Xəstə kişiyə ərə getməyin. Ailə ocağı sanatoriya deyil.
Özünəvurğun olan və ondan yaxşı kişi olmadığını düşünən adamdan qaçın.
Dırnaqları çirkli olan, dırnaqlarını yeyən, pinti görkəmli kişidən yaxşı ər çıxmaz.
Don Juan kimi arvadbazlardan uzaq durun. Unutmayın ki, canavar tükünü töksə də, xasiyyətini dəyişməz.
 
 
Rus dilindən tərcümə: Aygün ƏZİZ
 Qadinkimi.com