Maraqlı psixoloji nəticələr Tarix : 04 Noyabr 2019, 18:17
Rədd edilmək beyin tərəfindən fiziki ağrı kimi qəbul edilir.

Sevdiyiniz və ya nifrət etdiyiniz birini görəndə göz bəbəyiniz böyüyür.

Beyin sıxıcı söhbətləri olduğu kimi qeyd etmək əvəzinə onu daha maraqlı hala gətirərək yenidən düzənləyir.

Məqsədlərinizi başqalarına söylədikdə, onları reallaşdırmaq şansınız azalır.

Müxtəlif coğrafiyalarda yaşayıb, fərqli dillərdə danışsalar da, yer üzündəki bütün insanlarda xoşbəxtlik, hirs, kədər, qorxu, təəccüb və iyrənmə  hisslərində eyni üz ifadələri yaranır.

Əslində fobiya nəsildən - nəslə DNT vasitəsilə ötürülən xatirələrdən ibarətdir.

Siz "Truman sindromu”nun nə olduğunu bilirsinizmi? Bu xəstəlikdən əziyyət çəkənlər həyatlarının hər mərhələsinin eynilə filmlərdəki kimi gizli kamera ilə çəkilib televiziyada göstərildiyini düşünürlər.

Doğuşdan görmə qabiliyyətini itirən insanlar şizofreniya xəstəliyinə tutulmur.

Birinə 20 saniyədən çox sarıldığınızda beyin sosial asılılığı olan oksitosin hormonu (sevgi hormonu) ifraz edərək qucaqladığınız insanın sizə daha çox güvənməsini təmin edir. 

- "Aşiq olmaq" və "Obsessiv-kompulsiv şəxsiyyət pozğunluğuna sahib olmaq” bədənə eyni biokimyəvi təsir göstərir.




Qadinkimi.com