Lunadigas və ya övladsız qadınlara dair… Tarix : 04 Dekabr 2022, 14:23
  
Bir daşı almaza çevirmək üçün onun adını dəyişdirmək lazımdır. Bunu etmək - kiçik bir parçanı dəyişdirmək, nəticədə dünyanı dəyişdirmək  deməkdir. 
 
Ursula Le Guin "Yerdəniz sehrbazı”
 
"Analıq” üzərindən qadınların siyasi alətə çevrilməsi və bunun siyasi mübarizənin təməl prinsiplərindən biri kimi Türkiyədə və dünyada aktual olaraq qalması, sadəcə avtoritar və mühafizəkar ideologiyalara aid vəziyyət deyil. Qədim "Əhd”dən bəri var olan, qadının ayrı bir təbiəti, yaradılışı olduğu və bu çərçivədə bir missiya yerinə yetirdiyi inancı tarixi şərtlərə görə ifadə olaraq dəyişsə də, məzmun olaraq qalır. Günümüzdə, xüsusilə orta sinif üçün olan sosial media və analıq bloqlarında analıq - əvəzsiz bir karyera sahəsi, özünü ifadə etməkdə rəqibsiz bir özəllik, uşaq baxımının bir növ professionallığı kimi təqdim edilir. Bir tərəfdə oyun, təhsil trendləri ilə övlad böyütmək, qadını şəxsiyyət  kimi təcrid edən məşğuliyyət olan analıq dayanır, digər tərəfdə siyasi iqtidalar qadınların məsuliyyətlərini yüngülləşdirmək yerinə, ana olmağı onları sosial həyatdan ayırıb evə bağlamaq vasitəsi kimi istifadə edirlər.
 
Qadınların əldə etdiyi uğurları bir-bir itirdiyi bu dövrdə analıq və ailə kəlmələrinin şişirdilməsi, feminist nəzəriyyənin özünün "azadlıq” ifadəsini inkişaf etdirməsinə ehiyac yaradır. Sözügedən "analıq” kəlməsində diqqətimizi çəkməli olan vacib bir cəhət var: Analıq və buna bağlı haqlar hər zaman heteroseksual bir ailə və bir ev içərisində izah edilir. Bu "birtip analıq” konsepsiyası fərqli analıqların varlığını dilə gətirmək ehtiyacı yaradır; subay analar, işləyən analar və s. Bütün bu ailəçi - mühafizəkar dil uşaq dünyaya gətirməyi və ana olmağı bioloji öhdəlik olaraq təqdim edir.  O halda ana olmaq istəməyən qadınları "sonsuz” kateqoriyalar silsiləsində hara yerləşdirək? (Sözdə) Təbiətini və (sözdə) yaradılış missiyasını rədd edən qadınlar determinist arqumentlərlə doğmağa  məhkum olunan qadın anlayışında necə ifadə edilsin?  

"Lunadigas və ya övladsız qadınlara dair”  çox sayda qadının "uşaqsız olma” hekayəsidi. 
Fərqli analıqlar və ana ola bilməmək bir çox hekayədə əksini tapsa da, "ana olmaq istəməmək" hekayəsi çox işlənmir. Bir qadının uşaq dünyaya gətirməsi və sonrakı təcrübəsi haqda  hekayə yaratmaq istəsək, üzümüzü adətən doğulan uşaqla birlikdə dəyişən yaşantıya çevirirk.  Yeni bir insanın doğulması ilə yaranan həyat hekayəsi haqda yazmaq istəsək, müxtəlif versiyalar çıxar.
 
Bu versiyalar toplusuna "ehtimallar silsiləsi" deyək. Nə kimi ehtimallarımız yaranar?  "Ana olmaq qadın üçün ƏN”  - şəklində böyük cümlələr qura bilərik, amma yenə nəticəyə fokuslanmalı olacağıq. Çünki analıq qadının təbiətini formalaşdıran "doğmaq” hadisəsinə birbaşa bağlıdı. Bioloji hal olaraq qəbul edilir. Bir qadın uşaq dünyaya gətirdisə "ana”, gəncdirsə, "potensial ana”  olaraq görünür və kiçik yaşda olsa belə, onunla bağlı "analıq” ifadələri qurulur. (Nil Karaibrahimgilin afişalarda istifadə etdiyi "Qız uşaqları bir ölkənin anasıdır” kimi). Ana kimliyinə sahib olmaq üçün heç bir özəl səbəbə ehtiyac yoxdur, sadəcə ana olursan və hekayən hazırdır. Amma uşağınız yoxdursa, kimsə bunu öz seçiminiz kimi qəbul etmir. Hansısa səbəbdən uşağınızın olmadığını düşünürlər və müxtəlif  ehtimallar  formalaşır.  Uşaqsız olmaq xoşagəlməz, dramatik səbəblərlə izah edilir. İşin əslinin heç də bilindiyi kimi olmadığını göstərmək istəyən Nicoletta Nesler və  Marilisia Piga "Qadınlar tarixi yaratsa da, onu dilə gətirə bilməmişlər” deyərək kameranı uşağı olmayan çox sayda qadının hekayəsinə, səsinə tərəf çevirir.  
"Lunadigas" Sardiniya dilində qısır qoyunlara verilən addır. Canlının qısırlığına verilən adın neqativ məna daşıdığı aydındır. Onsuz da qadınlardan biri "lunadigas”ın eybəcərlik (ucube) demək olduğunu söyləyir. Ara-sıra  onun üzünü göstərən rejissorlar Nicoletta və Marilisia da bu sözcüyü sevinclə qəbul etdiklərini və uşaq dünyaya gətirməyən qadınlara artıq bu adı verdiklərini qürurla dilə gətirirlər: "Biz uşaq sahibi olmaq istəməyən qadınların bir adının olmasını istəyirik. Çünki bir ada sahib olmaq var olmaq deməkdir”.
 
İctimai razılıq almış kəlmələrin yeni bir anlamla əvəz olunması və təkrar istifadəyə daxil edilməsi dilin və ictimai yaddaşın sərhədləri ilə oynamaqdı. Bu mövzuda ən yaradıcı həmlə - eynən "eybəcər” (Türkiyə türkçəsində: ucube) anlamı daşıyan "kuir” (lgbt adı) və "petux” (Türkiye türkcesinde - ibne) kəlmələrinin təhqir kimi istifadə olunduğu halda, LGBTİ+ hərəkatının mənimsədiyi və önəm verdiyi ada çevrilməsidi. Bəs bu qadınlar kimdir? Uşaq dünyaya gətirə bilmədikləri üçün ana deyillər və nə üçün uşaqsız olmaq istəyirlər? Dərdləri ana olmaqdımı? 
Sənədli film "14 yaşına kimi kişi olmaq istəmişəm” deyən bir qadının hekayəsi ilə başlayır. Baxımını üzərinə götürdüyü bacısı haqda  söhbəti isə böyük ehtimalla analıqla əlaqələndirməyə çalışır: "Qadın olmağın kişi olmaqdan üstünlüyünü kəşf etdim, amma doğmaq üçün heç bir yaxşı səbəb tapa bilmirəm”. Bu ilk hekayə hansı səbəblə olursa olsun, ana olmağın yalnız doğmaqla özəllik qazanmamasını göstərir. Uşağa baxmaq bacarığının öz-özündən bir kod olaraq beyinlərdə yer almadığı aydındır; oğlan uşaqlarının çox da aid edilmədiyi bir sahəni sonradan öyrənə bilmək kimi bir praktikadır. Lunadigas çox sayda qadının hekayəsi ilə yoluna davam edərkən, bir neçə detalı hər zaman qoruyur; məsələn, cəmiyyətin hər kəsimindən olan qadının səsi duyulur; yalnız ağdərili, evli, orta sinif, heteroseksual qadınlar deyil, içlərində kənddə yaşayan, dağların ötəsi ilə maraqlanan qadın da var. Ana olmayan və qadınların azadlıqlarına içdən - içə hirslənən də var.
 
Övladlarını hər zaman bəlli bir məsafədə tutmaq istəyən qadına da rast gəlirik. Doğuşdan ana olduğuna və doğa bilməzsə, həmişə yarım qalacağına inananlar da var. Yeri gəldiyində, rejissorlar hər kəsi kamp atəşinin ətrafında oturmuş şəkildə yerləşdirir və hər birini dinləyir. Fərqli sosial - iqtisadi və mədəni şərtlərə sahib qadınlar olduqlarından kimisi uşaqsız qadınlara bir ad tapma təlaşına heç bir məna verə bilmir, kimisi "bir qadın övladsızdırsa, pişik, it saxlaya bilər” yönündə içdən - içə inamla danışır. Sənədli filmin ən güclü tərəfi isə bənzər situasiyaları hər kəsin necə fərqli qəbul etdiyini göstərməsindədi. Fərqliliyi təqdim etməsindədi. Uşaq arzulayan, amma arzusuna çata bilməyən qadınlar da filmdə yer alır. İçlərindən fiziki əngəl  səbəbindən  ana ola bilməyən bir nəfər təbiətin qadınlara təqdim etdiyi bu möcüzədən yararlana bilmədiyini ağrıyla dilə gətirir, başqası, hormonal problemlərdən uşağının olmayacağını öyrənəndə bir yükdən qurtulmuşcasına yüngülləşdiyini deyir.
 
Bir neçə dəfə səslənən "ana olmadıqda yarımçıq qalırsan” fikri isə  sanki dar çərçivəyə salınmış və subyektivliyi yox edilmiş qadının beyninə yerləşdirilmiş sxemin təzahürüdür. Analıqla bağlı bu sxemi incələdiyimizdə əsasən heteroseksuallığa hesablandığını görürük. Ana rolunda bir qadın və ata rolunda bir kişinin dəyişməz, sarsılmaz və bir-birindən ayrılmaz obrazı heteroseksual olmayan, kuir qadınları kənarda saxlayır. Övladsızlığı eynicinsliliyin qarşısının alınması kimi təqdim edir. Bu anlamda sənədli film lezbiyan qadınlara yer verərək eynicins evliliyin qanuni olduğu ölkələrdə ana olmaqla əlaqəli bir təsvir verir. Bu təsvirdə görünən və qəbul olunmaq istəyən qadınların ana olmaq istəyi mübahisə yaradır. Yaşadığımız ictimai quruluş bu halları göstərmədiyi üçün bizdə valideyn olmaq qutsal  və yararlı  ailə modelinin təsviri kimi qəbul edilir. Qanuni və ictimai əngəllər olmasa hər kəs analığını və ailə içini öz arzusuyla formalaşdıra bilər.Amma bizdə bu haqda da təsəvvür yoxdu. Rejissorlar iki tip kardon kuklanı kağızdan paltarlarla geyindirib, onlara bir-birinə zidd əzbər sözlər söylədirlər. Bununla  klişelərin yaratdığı məhdudluğu, kəsdikləri paltar qəliblərinin standart biçiminin  fərqli – fərqli qadınlara uyğun gəlmədiyi təsəvvürü yaradırlar. Hər qadının yaşadığı təcrübə onun öz vücudu, arzuları və yaşamıyla, öz duyğuları ilə qurduğu əlaqə ilə bağlıdı. Nicoletta və Marilisa neytral qalır və heç birini dəstəkləməyə  cəhd etmir. Bu səbəbdən kameranı ana olmağı dəstəkləyən və dəstəkləməyən iki qadın arasında yerləşdiriblər - ən doğru yerə. 
 
Müəllif: Fatoş Usta
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com