SƏNƏT
Kremli yaradan Şamaxılı balası Tarix : 02 May 2022, 08:35
Son günlər dünyanın ən aktual mövzusu Ukraynanın işğalı, ən çox işlədilən kəlmə isə Rusiyadır. Rusiya hökumətinin mütəmadi olaraq dünyaya barmaq silkələməsi və atılan ağlasığmaz addımlar hər kəsi düşündürür. Lakin tarixə boylananda görürsən ki, Rusiya rəhbərlərinin bu dağıdıcı eqosu əsrlər öncəki çarlarda da olub, knyazlarda da. 
 

Moskvaya son səfərimdə təsadüfən bir azərbaycanlının taksisinə əyləşdim. Sürücü həmyerli olduğumuzu bilən kimi ürəyi açıldı. Bakının Moskvadan daha gözəl olduğunu deyir, şəhərimizi öydükcə öyürdü. Tverskayadan keçəndə əlini Kreml sarayına uzatdı: "Moskvada bircə bura gözəldi. Çünki onu şamaxılı balası Əliş tikib. İndi bunların gizlətdiyinə baxma, bu şəhəri biz qurub yaratmışıq". Sürücünün vətəndən ötrü darıxdığı pafos dolu cümlələrindən bəlli idi. Amma dediyində böyük həqiqət vardı. Bütün dünyanı özünə heyran qoyan, Moskvanın döyünən ürəyi olan Kreml kimi şah əsərin memarı Əliş Sübhan oğlu Kərimlidir.

1322-ci ildə Şamaxıda doğulan Kərimli sadəcə vətənində deyil, Yaxın Şərq, Qafqaz, İran, Hindistanda məşhur memarlardan biri olub.

Dəməşq, Msxeta, Təbriz, Şiraz, Dəbil kimi yerlərdə möhtəşəm tikililərin müəllifi kimi tanınıb. Şöhrəti Rusiyada da yayılıb. Knyaz Dmitri İvanoviç Əliş Kərəmlini Moskvaya gətirmək məqsədi ilə elçilərini Şirvanşahların paytaxtı Şamaxıya göndərib. Qonaqlar ehtiramla qarşılanıb. Moskvanın böyük Knyazının məktubu Şirvanşah Şeyx İbrahimə təqdim edilib. Məktubda Əliş Kərəmlinin Moskvada möhtəşəm tikintinin inşasına dəvətindən bəhs edilib. Bu, İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olur. Ona görə də, Kərəmlinin təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq bu işə razılıq verib.

Moskvaya gedən Kərəmli ilə İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə görəcəyi işlərdə tam sərbəstlik verilir. Hətta kimsə özünü ondan üstün tuta bilməsin deyə, İvanoviç ona boyar titulu və səlahiyyəti verir. Müqavilədə knyazın yeganə tələbi inşaat işlərinin 4 il müddətində başa çatdırılması olur. Kərəmli qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illər boyu Moskvanı qoruyacağına, göz oxşayacağına, şəhərin qürur mənbəyinə çevriləcəyinə söz verir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir. Tikintiyə çox sayda işçi cəlb edilir. İlk gün işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də onlara qoşulur.

İnşaatın irəlilədiyi növbəti illərdə ətrafda qələbəlik olur, adamlar dəstə-dəstə müxtəlif yerlərdən gəlir, tikilməkdə olan möhtəşəm mənzərəyə tamaşa etməkdən həzz alırdılar. Maraqlıdır ki, əyanlar elə o vaxtdan buranı İtaliyadan gətirilmiş Aleksey Kremnıy adlı rus əsilli memar tikdiyini pıçıldamağa başlamışdılar. Eqo yenə rus siyasətçilərinə güc gəlmişdi. Şamaxılı Əliş Kərimli deməyi özlərinə sığışdıra bilməmişdilər.

Dörd il sonra dünyanın memarlıq incisi sayılan Kremlin açılışı olur. Başda Knyaz Dmitri olmaqla hər kəs bu əsrarəngiz gözəlliyin qarşısında heyrətdən donub qalırlar. Kərəmli də bu günü səbrsizliklə gözləyirdi. Çünki Moskvaya gəldiyi gündən bəri Şamaxıda qoyub gəldiyi ailəsinə cəmi bir dəfə baş çəkə bilmişdi. Ona görə də işlərini bitirən kimi Şirvana qayıdır. Ancaq dönüş ərəfəsində Kərəmli ilə Knyaz arasında növbəti razılaşma imzalanır. Qərara alınır ki, Kərəmli Vətəninə dönəcək, yaz bitəndə Moskvaya qayıdacaq, ona çatacaq zəhmət haqqını tam alacaq və şərəfinə veriləcək ziyafətdə iştirak edəcək. Vədə yetişir, memar yenidən Moskvaya gedir, təşkil edilən mərasimə qatılır. Lakin xəstə olduğu üçün Knyazın məclisdə iştirak etməyəcəyi bildirilir. Sən demə, əfsanəvi memar haqqında Knyaz tərəfindən ölüm hökmü verilibmiş. Əmr icra edilir; Kərəmliyə arxadan qılıncla güclü zərbə endirərək başını bədənindən ayırırlar. Qətlin törədilməsində başlıca məqsəd Kremli ucaldan azərbaycanlı memarın imzasını yox etmək, adını tarixdən silmək, Moskvada yaratmış olduğu bu möhtəşəm əsərin başqa ölkədə təkrarı və ya bənzərinin tikilməsini əngəlləmək olur. Təəssüf ki, bu xəbislik, paxıllıq xüsusiyyətləri Rusiyada iqtidara gələn bütün siyasətçilərdə özünü göstərir. Məsələn, 1556-cı ilin avqustunda IV İvan Qroznı tarixi gerçəklikləri saxtalaşdıraraq, xüsusi fərmanla "Keremli" qülləsini "Vodovzvod"a çevirir. 1997-ci ildə Mokvanın 850 illiyi təntənə ilə qeyd edilərkən Baris Yeltsin və şəhər meri Moskvanın tarixi haqqında danışdıqları halda Kremlin yaranma tarixinin üstündən sükutla keçirlər.

Kreml adına gəldikdə isə, XIX əsrin sonlarınacan rus xalqı, dünya ictimaiyyəti, səyyahlar və rəsmi sənədlər bu ölməz sənət abidəsini gah "Keremli", gah "Kremli", gah da qısaca "Kreml" deyə yad edirlər. Beləliklə, "Kreml" adı tam sabitləşərək dünya tarixinə daxil olur.

Yeri gəlmişkən, Əliş Kərəmlinin ölümünə ən çox üzülən onu dəlicəsinə sevən Knyazın bacısı qızı Anna olur. Qız Kərəmlinin öldürülməsindən sonra özünü monastra qapadaraq rahibə həyatı yaşayır və ömrünün sonuna qədər Kərəmlinin məzarını ziyarət edir.

 

 Putin is not in regular contact with Yanukovy, Kreml says


Siyasətçilərin pafosu, eqosu, ərazi, torpaq, iqtidar iddiaları güclü və böyük ola bilər. Amma bütün bunlar müvəqqətidir, əbədi olan isə sənətin və eşqin tarixidir. Həm günəş palçıqla suvanmaz. Əliş Şübhan oğlu Kərəmli kimi. Öldürərək yox etmək istədikləri, imzasını hər vəchlə silməyə çalışdıqları Kərəmli düz altı yüz qırx yeddi ildir Moskvanın bağrında parıldayır, Kremlin son daşı daş üstündə qaldığı müddətdə parıldamağa davam edəcək! Hippokratın dediyi kimi, "elm və sənət əbədi, ömür qısadır".

 

 

Türkan Turan