DƏB VƏ BAXIM, BURA / ORA
Koko Şaneldən sitatlar: "Kişi və paltar arasında seçim etməli olsaz, paltarı seçin" Tarix : 17 Noyabr 2022, 16:44
Yazar : Qadinkimi.com
Dəb dünyasında öz imzasını əbədiləşdirən fransalı modelyer Koko Şanel (fr. Gabrielle Bonheur Chanel)  
Qara rəngi modaya tətbiq edən, bahalı ətirləri "qadın üçün" edən sənətkar...
Onun sayəsində qadınlar dar pencəklər geyməyə başladılar. Əvvəllər belə pencəyi yalnız kişilər geyinirdi. 

O, dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriella olan modelyer-dizayner məşhur Koko adını çox sevdiyi və tez-tez oxuduğu "ko kori ko" mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel uğursuz çıxışlarından sonra oxumağı atıb. 

18 yaşından geyim dükanında satıcı kimi işləyib, boş vaxtlarında isə kabaredə mahnı oxuyub. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.

O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satır. Həmin şlyapaları özü hazırlayırdı. Şanel həmişə geyilən iri şlyapaları yeni kiçik modellə əvəzləyib dəbə salmışdı. 1912-ci ildə Koko Şanel özünün "Şanel Moda evi"ni açır. Amma Birinci Dünya Savaşı işini yarıda qoyur. Yalnız müharibədən sonra - 1919-cu ildə "Şanel Moda Evi" fəaliyyətini bərpa edir. Onun başladığı bütün işlər uğurla nəticələnir. 1921-ci ildə "Chanel №5" ətirləri satışa çıxarılır. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu, Koko Şanel üçün çox böyük uğur idi.

Koko Şanel 88 il ömür yaşadı. Onu sağlığında "moda aləminin filosofu" adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da Parisdə dünyasını dəyişdi. 
 


Məşhur fransız modelyerin əfsanəyə çevrilmiş ən parlaq fikirlərini sizə təqdim edirik.
 

1. Qadınlarda G nöqtəsi (orqazm nöqtəsi) SHOPPİNG sözünün sonunda yerləşir.

2. Bir qızın işləri nə qədər pis gedirsə, görünüşü bir o qədər yaxşı olmalıdı.

3. Hara fırlatsan da, kişinin həyatında yalnız bir qadın olur- qalanları onun kölgələridir.

4. Gözəllik kişilərin bizi sevməsi üçündü. Axmaqlıq isə bizim kişiləri sevməyimiz üçündü. 

5. Kişinin uzun pencək geyməsini sevmirəm – çünki danışanda mənə münasibəti görünmür.

6. Hər qadın bu iki şeyi bilməlidi: nəyi və kimi istədiyini.

7. Pul kisəsini xırda şeylər üçün gəzdirən kişilərlə evlənməyin.

8. Mənimlə bağlı nə düşündüyünüz maraqlı deyil, sizin haqqınızda heç nə düşünmürəm.

9. Heç vaxt sahib olmadığınız bir şeyə sahib olmaq istəyirsizsə, heç vaxt etmədiyiniz şeyi edin.

10. Çirkin qadın yoxdur, tənbəl qadın var.

11. Qadın  ərə gedənə qədər gələcək üçün narahat olar. Kişininsə gələcəklə bağlı narahatlığı evlənəndən sonra başlayır. 
 
12. Gözəlliyin qayğısına qalmaq üçün ürək və ruhdan başlamaq lazımdır, əks halda heç bir kosmetika kömək etməyəcək.

13. Kosmetika istifadə etməyən qadın özü haqda həddən artıq yüksək fikirdədi.

14. Qadın üçün ən vacib məsələ - daima çalışmaqdır. Yalnız iş ruha gümrahlıq verir, ruh isə bədən üzvlərini qoruyur.

15. İncidildiyin zaman özünü qoruya  bilmək, ağrıdığın zaman teatrallaşdırmamaq – ideal qadın olmaqdı. 

16. Hər şey bizim əlimizdədir, buna görə də heç nəyi əldən buraxmaq olmaz.

17. Əllər – qadının vizit kartıdır; Boyun – onun pasportudur; Sinə isə – xarici pasportdur.

18. Yaşlılıq sevgidən qoruya bilməz, ancaq sevgi yaşlanmaqdan qoruyar.

19. Geyim tərzim məni başqalarına güldürdü, amma bu mənim uğurumun sirri idi. Mən hamı kimi görünmürdüm.

20. Əsl xoşbəxtlik ucuzdu: Onun üçün yüksək məbləğ ödəmək lazım gəlirsə, deməli, saxtadır.

21. Paradoks ondan ibarətdir ki, kişi nə qədər axmaq və fərasətsizdirsə, qadına iradları bir o qədər çox olur. 

22. Qanadsız doğulsan da, onların çıxmasına mane olma.

23. Qadınlar bir qayda olaraq, özlərinə gecə geyimini daha diqqətlə seçirlər, nəinki ərlərini. 

24. Heç kim qırx yaşdan sonra gənc deyil, amma biz istənilən yaşda qarşısı alınmaz ola bilərik.

25. Kişi və paltar arasında seçim etməli olsaz, paltarı seçin.
 
 
Qadinkimi.com