Adətən onunla fərqli macəralar, hətta sevgi yaşayandan sonra qarşılaşır. Arxasında təcrübəsi var, ürəyində çapıqlar, bəlkə sadəcə cızıqlar... Bu vaxt taleyinin Baş Qadını ilə rastlaşır, aralarında hisslər alovlanır. Çox güclü hisslər; Ardınca qaçılmaz konfliktlər, yaxud sadəcə anlaşılmazlıqlar başlayır; təəssüf ki, bu çox vaxt güclü hisslər olduqda baş verir.
Onların ayrılması isə faciəvi sonluğa yol açır. Qəribədir ki, çox vaxt kişi ölür, sanki enerji mənbəyindən məhrum olur. Xəstəlikləri ağırlaşır, problemlər yaranır, sonra həyatını itirir.
Vısotski ehtirasla sevdiyi Marina Vladidən uzaqlaşdı. Onunla tez-tez dalaşıb ayrılır və yenidən görüşürdülər. Ayrı-ayrı ölkələrdə yaşayırdılar. Sonra o, başqa bir qızla tanış oldu. Marina ilə münasibəti demək olar ki, bitdi.
Və ardınca Vysotski öldü. O, asılılıq və xəstəliklə mübarizə apara bilmədi. Son bir ildə isə demək olar ki, mahnı yazmadı...
Sevimli qadını Corc Sanddan ayrılan Şopen kimi. O, ağır vərəm xəstəsi idi, sevgilisinin yanında olarkən böyük əsərlər yazıb, xəstəliyə dirəniş göstərirdi. Yaşayıb yaradırdı! Ayrılıqdan sonra yaradıcılıq imkanlarını itirdi və tezliklə öldü.
Yaxud İsadorasını sevən Yesenin. Onunla vuruşdu, barışdı, içdi, amma yazdı və yaşadı. Qadın onu xilas etdi və onu tərk edənə qədər enerjisi ilə qorudu. Dostları İsadoranın yaşlı olduğunu və şairə pis təsir etdiyini deyirdilər. Lakin o, İsadoranı tərk edəndən sonra çox yaşamadı. Ağır depressiyaya düşüb, özünü məhv etdi. Həyat gücü şairi tərk etdi.
Beləliklə, Napoleon çox sevdiyi Jozefinanı tərk etdi, münasibətləri çətin və ağır olsa da Napoleon bu ayrılıqdan sonra hər şeydən oldu və imperiyasını itirdi.
Çexov uzun müddət vərəmdən əziyyət çəkirdi, lakin arvadı Olqa Knipperin ona marağı itdikdə vəziyyəti sürətlə pisləşdi. Şayiələrə görə, o, hətta başqa birindən hamilə idi. Çexov onu qınamadı. Amma öz gücünü itirdi və öldü. Onlar bir yerdə qalsalar da enerjili aktrisanın artıq öz həyatı var idi...
Kişi bəzən həyatının Qadınının onun üçün nə qədər vacib olduğunu tam başa düşmür. Bəlkə o qadın ana obrazını əks etdirir; bəlkə də qədim ilahəni... Amma belə olur - kişi Əsas Qadınını itirəndə - gücü və həyatı gedir. Bəzən insan sevgilisinin onun üçün nə qədər önəmli olduğunu anlamır. Nə qədər enerji aldığının və bunun sayəsində ən çətin şəraitdə belə necə ayaqda qaldığının fərqində olmur.
Qadını ilə ayrıldıqda isə ölüm gəlir. Əvvəlcə psixoloji, sonra fiziki. Çox misal çəkmək olar. Adi həyatda da bunu tez-tez görürük.
Kişi Baş Qadının ona nə demək istədiyini, onun sevgisi və varlığının nə verdiyini gec başa düşür. Ölümdən əvvəl isə sevdiyi qadını çağırır və yalnız onu xatırlayır. Hələ birlikdə olduqları zaman kişi tez-tez qadınına deyir: "Sən mənim həyatımsan!" Və özü də fərqində olmur ki, bu, tam bir həqiqətdir...
Anna Kiryanova psixoloq, filosof
Tərcümə Aysel Əlizadə
qadinkimi.com