Son zamanlar boşanma hallarının sayı artdığı kimi, boşanmadan sonra yaranan problemlərin də sayında artım diqqətdən yayınmır. Belə halda ortada cavabını tapmadığımız suallar yaranır: kişi ayrıldığı qadından niyə əl çəkmir və bunun səbəbi nədir? Bəzən də sonu ölümlə nəticələnən bu halların qarşısını necə almaq olar?
Məsələ ilə bağlı
mütəxəssislərin fikirlərini öyrəndik.
Psixoloq Aygül Məlikova öz açıqlamasında bildirib ki, boşanma dönəmində kişi qarşı tərəfin
boşanmağını istəmirsə, qadını əldə saxlamağa çalışır:
"Ya çox yaxşı
davranışlar sərgiləyir, ya da şiddətə əl atır. Əlbəttə, belə hallarda kişilərə
psixoloji təsir edən əsas səbəblərdən biri qadınların artıq onların
asılılığından çıxmasıdır. Yəni onlar bir növ qadına nəzarəti öz vəzifəsi kimi
görürlər. Kişiləri narahat edən digər bir səbəb isə ətrafdakı insanların fikirləri,
"filankəs boşandı” kimi basqılarıdır.
Qətl hadisəsinin
baş vermə məsələsinə də aydınlıq gətirən psixoloq, əsas səbəbin qısqanclıq
olduğunu diqqətə çatdırıb:
"Boşansalar da,
kişilərin psixologiyasında həmin qadını sahiblənmək anlayışı qalır. Onlar həmin
qadını başqasının həyat yoldaşı olaraq görməkdən qorxurlar. Bu səbəblərdən qətl
hadisələri baş verir”.
Vəkil Ramil
Süleymanov məsələyə münasibət bildirərək qeyd edir ki, boşanan tərəflərin
bir-birinin şəxsi həyatına qarışmaq haqqı yoxdur, ancaq bunları çıxmaq şərti ilə:
"Boşanan cütlüklər
uşaq və aliment məsələləri xaric heç bir halda bir-birlərinin həyatına qarışa
bilməzlər. Şəxsi həyata qarışma halları yolverilməzdir. Belə hallarla
qarşılaşdıqda, vətəndaşlar hüquq-mühafizə orqanlarına vaxtında müraciət etməlidir
ki, sonradan ölüm, zorakılıq halları ilə üzləşməsinlər”.
Mütəxəssislərin
fikirləri ilə yanaşı, sosial şəbəkə istifadəçilərinin də sözügedən məsələyə
reaksiyalarını yazdıqları rəylərdə görmək mümkündür. Ümumi yanaşmaya nəzər
salsaq, çox insan səbəbləri ataların uşaqların hansı mühitdə böyüməsinə görə
narahat olduğunda görür:
"Bu problemin
kökündə aliment vasitəsi ilə kəsilməyən ünsiyyət də dayanır. Ata onu qane etməyən
vəziyyət ilə qarşılaşanda artıq qarşı tərəfə şiddət etməyə başlayır” – deyə
sosial şəbəkə istifadəçiləri fikirlərini bildirib.
Mənbə: Bizim.media.az
Qadinkimi.com