YAZI / DÜŞÜNCƏ
Kamran Nəzirlidən "Qısa hekayələr" silsiləsi və yaxud deyimlər Tarix : 20 İyul 2019, 12:50
Yazar : Qadinkimi.com

1. Qapının ağzında mərmidən parça-parça olmuş bir cüt əsgər çəkməsi vardı - ana hər səhər durub onların salamat yerlərini tozdan təmizləyirdi...


2. Əgər sizi heç olmasa bircə nəfər sevirsə, intihar etməyin, məhz onun üçün yaşamağa dəyər.


3. Sükutun səsində qorxunc bir hayqırtı var.


4. Pul bütün qapıları açır, bütün qapıları bağlamır.


5. Əlbəttə, hamıya yaxşı ola bilməzsən, amma hamıya insan kimi baxmalısan.


6. İşığın olmaması ac adam üçün fərq eləməz - əlinə nə keçsə yeyəcək!


7. Əslində, qadın bizdən bircə şey tələb edir - diqqət! Görün biz ondan nə qədər çox şey tələb edirik!


8. Neron Senekadan fəlsəfəni öyrəndi, həyatı yox. Həyatı öyrənsəydi, qəddar tiran olmazdı.


9. Kapitalizmlə İmperializmin həm içində, həm də çölündə sevgi və mərhəmət yoxdur!


10. Ağlağan uşağa yaxın, ağlağan qocadan uzaq olun!


11. Qəribədir ki, ilan da bircə insandan qorxur.


12. Dünyada ən ağır şey yoxsulun boş mədəsidir.


13. Sevgini hədiyyəylə bildirmək sözlə izhar etməkdən min dəfə yaxşıdır.


14. Kölgədən kölgəyə fərq var; misal üçün, ağacın altındakı kölgə ilə uzun adamın kölgəsi bir deyil.


15. Düşmənə söz kar eləməz.


16. Uşağı mühakimə etməzlər, ona törətdiyi hərəkətin səhv olduğunu izah edərlər.


17. Ağıl və savad əbədi deyil, onlar da insan kimi qocalır, əldən düşür və ölürlər.

 

 

 


Qadinkimi.com