YAZI / DÜŞÜNCƏ
KAMALƏ ABİYEVA - DEYİMLƏR Tarix : 25 Dekabr 2019, 10:40
Yazar : Qadinkimi.com
* Həmişə həqiqəti çılpaq görmək istəmirsən. Eybəcər həqiqət daha ağrılıdır.

* Həmişə yalan qorxutmur – Həqiqət də qorxudur.

* Həqiqəti həmişə sevmirsən, yalanı da sevirsən.

* Elə həqiqət var yalan olmasını arzulayırsan.

* Həqiqət, ya yalan ikisini də inam yaşadır.İnanmasan ikisi də ölür. 

* Yalan etiraf etmədiyimiz həqiqətdir.

* Sevinci an kimi yaşayırıq, kədəri illərə daşıyırıq.

* Kədəri heç kim axtarmır, hamı tapır. Sevinci hamı axtarır, hamı tapmır.

* Kədər xoşbəxt olduğumuz anların həqiqətidir.

* Xoşbəxt olmağa səbəblər axtarırıq, 
bədbəxt olmağa bəhanə yetir.

*Alçalacaq qədər sevmə.

* Ən çox özünə verdiyin imtahandan pis qiymət alarsan.

* Əvvəlcə nə öyrənmək istədiyini öyrən.

* Qəzəb sağlam düşüncəyə düşən virusdur.

* Azadlıq hər istədiyini etmək deyil, nə istədiyini bilməkdi.

* Ağlını ürəyinə təslim etmə, ürəyini ağlına təslim et

* Yanındaykən unutmaq deyil, yanındaykən darıxmaqdı sevgi.

* Burax keçmişi, keçmiş gələcəyi öldürür

* Ürək adamın özün eşitmir,  özgəni eşidərmi?..

* Ağıl adamın özünə yetmir, özgəsinə yetərmi?..

* Qayıtmaq istədiyin yerə getmə.

* Tanrı varlığını təsdiqləmək üçün bizi yaradıb.

*İnam güclü, inamsızlıq qorxaq, inamı itirmək şikəst edər.
 
 

 
KAMALƏ ABİYEVA 
qadinkimi.com