İranın Kürdüstan vilayətinin paytaxtı Sənəndəc şəhərində qadınlar
küçələrə çıxaraq 22 yaşlı Mahsa Amininin ölümünə etiraz ediblər.
Bir neçə gün öncə əxlaq polisi tərəfindən hicaba tam riayət
etmədiyi bəhanəsi ilə döyülərək komaya salındıqdan sonra həyatını itirən Mahsa Amini dünən torpağa tapşırılıb.
Çox sayda insanın qatıldığı dəfn mərasimində qəzəblənmiş adamlar "diktaturaya ölüm” şüarını səsləndirərək siyasi rejimin məcburi hicab tələbinə
kəskin etiraz ediblər.
Bundan əlavə sosial mediada iranlı qadınların saçlarını kəsib, hicablarını yandıraraq etiraz etdikləri video görüntülər yayılıb. Onlar saçlarını kəsib baş örtüklərini yandırmaqla kifayətlənməyərək, küçələrə çıxıb şüarlar səsləndirir, etiraz yürüşləri edirlər. İranlı qadınlar illər əvvəl itirdikləri azadlıqlarını tələb edirlər.
qadinkimi.com