SEVGİ
"İnsanlar mübahisə edərkən niyə qışqırır?" - Pritça Tarix : 02 İyun 2022, 16:18
Bir dəfə müəllim tələbələrdən soruşdu:

- Niyə insanlar mübahisə edərkən səslərini ucaldırlar?

- Yəqin öz təmkinlərini qoruya bilmirlər deyə tələbələr cavab verir.

- Bəs həmin şəxs yanındadırsa, niyə səsini ucaltsın ki insan? Müəllim soruşdu.

Tələbələr çaşqın halda çiyinlərini çəkdilər. Bu haqda onlar heç vaxt düşünməmişdilər. Sonra müəllim dedi:

"İnsanlar mübahisə etdikdə aralarındakı narazılıq böyüyür və ürəkləri, ruhları da bir-birindən uzaqlaşır. Bir-birini duya bilmək üçün səslərini ucaltmalı olurlar. Onların incikliyi və qəzəbi nə qədər güclü olarsa, ürəkləri arasındakı məsafə də bir o qədər artar və beləliklə qışqırmağa başlayarlar.

Bəs bir-birini sevən insanlar necə rəftar edirlər? Onlar səslərini ucaltmırlar, əksinə çox astadan danışırlar. Bu hal ona görə baş verir ki, sevən insanların ürəyi bir-birinə çox yaxındır. Və onlar arasındakı məsafə qısa olduğu üçün də bəzən onlar bir-birini sözsüz belə anlayırlar. 

Bax siz dalaşmağa və ya mübahisə etməyə başlayanda ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin. Çünki gün gələr ürəklər arası məsafə o qədər böyük olar ki, siz qışqırsaz da eşidilməz və geriyə yol tapa bilməzsiz".
 


Qadinkimi.com