Yayda immun sistemini gücləndirməklə yanaşı sizləri arıqladacaq meyvələri təqdim edirik:
Çiyələk – həm C vitamini ilə zəngindir, həm də sellülitləri yox edir.
Gilas – 20 ədəd gilas bir aspirini əvəzləyir. Tərkibindəki E və C vitaminləri
piylərin əriməsinə, sağlam arıqlamağa kömək olur.
Şaftalı – Metobolizmi gücləndirir, həzmi yaxşılaşdırır. Tərkibi C, A və B3
vitamini ilə zəngindir.
Alma – arıqlamaq üçün yaşıl alma ən gözəl vasitədir. Tərkibindəki vitaminlər
piyləri əridir. C vitamini ilə zəngindir. Ürək və diabet xəstəliklərindən
qoruyur.
Ərik – Tərkibindəki vitaminlər və minerallar yağları əridir. Bu meyvə həm də
sellülit yaranmasının qarşısını alır.
Əncir – Tərkibindəki şəkər insanı tox tutar, iştahı kəsər.Kalsium və fosforla
zəngindir.Ödqovucudur və qaraciyər üçün çox faydalıdır.
Böyürtkən – 8-10 ədədi 58 kaloridir. B1, B2, C vitamini ilə zəngindir. Sellülitə
qarşı təsiri güclüdür.
Moruq – immun sisteminə müsbət təsir etməklə bərabər sellülit yaranmasının
qarşısını alır.
Qarpız – Ağciyər, ürək xəstəliklərində faydalıdır. Sellülitin düşmənidir. C və
A vitaminləri ilə zəngindir.Amma onu miqdarından artıq yemək olmaz.
Manqo – Tərkibindəki C vitamini yağları əridir,xolestrolu salır, həzmə kömək
edir.Yaddaşı yaxşılaşdırır.
Alça – C və A vitamini ilə zəngindir. Yüksək antioksidant özəlliyi olan alça
həmçinin, detoks kimidir. Həzmi yaxşılaşdırır.
qadinkimi.com