BURA / ORA, SƏNƏT
İlin unudulmaz anları: 2019-cu ilə damğa vuran 14 foto Tarix : 21 Dekabr 2019, 13:04
Yazar : Qadinkimi.com
Dünyadakı təbii fəlakətlər, etirazlar, qlobal çətinliklər, mübarizələr və siyasət dünyasında bir-birindən maraqlı anlar fotojurnalistlərin obyektivinə tuş gəlib.
Son günlərini keçirdiyimiz bu ilin bir-birindən maraqlı və unudulmaz anlarından bəzilərini sizin üçün topladıq. 
1 yanvar – Braziliyanın paytaxtı Rio-de-Janeyrodakı Kopakabana çimərliyində yeni il şənliyi zamanı atəşfəşanlığı izləyənlər. AP-Leo Korrea

17 fevral – "Uşaqların Xilası Təşkilatı”nın (Save The Children) hesabatına görə, son 3 ildə Yəməndə 85 min uşaq aclıqdan ölüb. Ölkədə hər 10 dəqiqədə 1 uşaq qarşısı alına bilən səbəblərə görə dünyasını dəyişir. Xaled Abdullah 

14 mart – Efiopiyada 158 nəfərin öldüyü təyyarə qəzasında həyatını itirənlərdən  birinin yaxını ölüm xəbərini alır. Tiksa Negeri
11 aprel – WikiLeaks-in qurucusu Avstraliyalı Julyen Assange sığındığı Ekvadorun London səfirliyində polis tərəfindən saxlanılır. Hannah MakKey
15 aprel – Fransanın paytaxtı Parisin simvolu hesab edilən əsas  memarlıq abidələrindən biri Notr-Dam kilsəsində yanğın baş verdi. 800 ildən çox yaşı olan abidənin əsas damı və qülləsi yanğın nəticəsində məhv oldu. Benoyt Tessyer
20 may – Ukraynanın yeni prezidenti Vladimir Zelenski məclisdə and içərək vəzifəsinə başladı. Millət vəkillərinə səslənən Zelenski parlamenti buraxaraq erkən seçimlərin olacağını açıqladı. Mixaylo Markiv 
24 may – "Brexit” siyasətinin uğursuzluğa uğramasından sonra İngiltərə baş naziri Tereza Mey istefasını açıqladı. Mey qərarını bəyan edərkən göz yaşlarına hakim ola bilmədi. Tobi Melville
30 iyun – ABŞ prezidenti Donald Tramp ilə Cənubi Koreya lideri Kim Jonq "silahsızlaşdırılmış bölgə”də görüşdü. Bununla da Tramp Cənubi və Şimali Koreyaya ayaq basan ilk ABŞ prezidenti oldu. KCNA
22 iyul – Qvatemalalı miqrant bir qadın ABŞ sərhədində meksikalı əsgərdən oğlunun Amerika torpaqlarına girməsinə icazə verməsi üçün yalvarır. Jos Luis Qonzalez
22 avqust – Rusiyanın Sankt Peterburq şəhərində bir depoda yanğın çıxdı. Yanğınsöndürmə əməkdaşları yanğına müdaxilə edərkən ortaya çıxan bu mənzərə diqqət çəkir. Anton Vaqanov
15 sentyabr – Honk Konqda cinayətkarların Çinə təhvil verilməsini asanlaşdıran qanun layihəsi ləğv edildi, ancaq nümayişçilər tələblərinin qarşılanmadığını bildirərək polis müdaxiləsinə rəğmən etirazlara davam etdi. Jorc Silva
1 oktyabr – İraqın paytaxtı Bağdadda başlayan və ölkənin digər bölgələrinə yayılan "korrupsiya və işsizlik” protestoları başladı. Nümayişlərdə onlarla mülki şəxs həyatını itirdi. Frans Press Agentliyi (AFP)
20 noyabr – Benzin qiymətlərində edilən artımdan sonra xalqın etiraz nümayişlərinin baş verdiyi İranda hökumət bütün ölkədə internetə çıxışı bağladı. Frans Press Agentliyi (AFP)
11 dekabr – Amerikanın "Time” jurnalı 16 yaşlı çevrə aktivisti Qreta Tunberqi ilin insanı seçdi. Tunberq təxminən bir il əvvəl başlatdığı "Gələcək üçün Cümə” etirazları ilə bütün dünyaya səs salan, milyonlarla insanın qatıldığı çevrə nümayişlərinin öncülü oldu. Assoşeytd-Press Agentliyi (AP)
 
 

 
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com