Özünü dəyişmək, nəyəsə nail olmaq istəyən hər kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.
EV
1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin edin,özünüz üçün "evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim" yaradın.
1-ci gün: Jurnalları yığışdırırıq.
2-ci gün: DVD-ləri yığışdırırıq.
3-cü gün: Kitabları yığışdırırıq və s.
2. Mantra üzrə yaşayın: "Hər şeyin öz yeri var və hər şeyi yerinə qoymaq lazımdır". On gün ərzində növbəti 4 qaydaya əməl etməyə çalışın:
a. Əgər bir şey götürmüsüzsə - onu yerinə qoyun.
b. Əgər bir şeyi açmısızsa - onu bağlayın.
c. Əgər nəyisə əlinizidən salmısızsa, onu qaldırın.
d. Əyninizdən çıxardığınızı yerinə asın.
3. Evin içində gəzişin, təmir olunması və ya bir balaca düzəldilməsi gərəkən 100 şey tapın. Misal üçün, lampanı dəyişmək, oboylar üzərində olan deşikləri yapışdırmaq, yeni rozetkanı burub bağlamaq və s.
XOŞBƏXTLİK
4. Bütün dünya psixoloqlarının təsdiqlədiyi məsləhətə riayət edin: Həyatınızda hər gün minnətdar olduğunuz 5-10 şeyin adını vərəq üzərində yazın.
5. Məşğul olmağı xoşladığınız 20 (və ya 10-15) elə də böyük olmayan işin cədvəlini tutun və 100 gün ərzinə bu işlərdən heç olmasa birisini gördüyünüzə əmin olun. Misal üçün, parkda skamyada oturaraq kitab oxumaq, axşam çağı parkda əziz olan birilə gəzmək, rəsm çəkmək və s.
6. Psixoloji cəfəngiyyatınızı (və ya boşboğazlığınızı) gündəlikdə qeyd edin - yəni, gün ərzində yaranmış olan düşüncə və hisslərinizi yazın. Misal üçün, hansı səbəbə görə özünüzü mühakimə etmisiniz, ətraf mühitə qarşı nə qədər tənqidçisiniz, neçə dəfə ağlınıza pozitiv düşüncələr gəlib və s.
7. 100 gün ərzində, heç olmasa, gündə bir dəfə ürəkdən gülməyə çalışın.
TƏHSİL VƏ ÖZÜNÜ İNKİŞAF ETDİRMƏ
8. İndiyə qədər oxumaq istədiyiniz, lakin qərarlaşa bilmədiyiniz ən çətin kitabı seçin. 100 gün ərzində onu başdan-başa oxuyun.
9. Hər gün nəsə yeni bir şey öyrənməyə (və ya tanımağa) çalışın. Misal üçün, çiçək adını, uzaq ölkənin paytaxtını, xoşunuza gələn heyvan növünün adını və s. Axşam isə gün ərzində öyrəndiyiniz hər bir yeniliyi beyninizdə dolandırın, lüğət götürün (və ya tapın, əldə edin) və yeni bir söz əzbərləyin.
10. Gün ərzində şikayət etməyi tərgidin. Neqativ düşüncələr neqativ nəticələrə gətirib çıxarır. Hər gün şikayət etmək istədiyiniz zaman özünüzü durdurun.
11. Zəngli saatınızı 100 gün ərzində hər sonrakı gün 1 dəqiqə əvvələ qurun. Hər gün 1 dəqiqə tezoyanmağa çalışın, pəncərələri açın, yüngül gimnastika ilə məşğul olun. 100 gündən sonra xüsusi səy göstərmədən 1.5 saat daha tez yuxudan ayılacaqsız.
12. "Səhər səhifələri" tərtib edin - səhər vaxtı sadə düşüncələrinizibir dəftərdə qeyd edəcəksiz. Bu sizin yuxudan ayıldıqdan sonra görəcəyiniz ilk iş olacaq.
13. Gün ərzində kim olmaq və nəyə nail olmaq istədiyinizə diqqətinizi, düşünccələriniz iobrazlar və sözlər
vasitəsilə yönləndirməyə çalışın.
MALİYYƏ
14. Büdcə tərtib edin. 100 gün ərzində xərcləyəcəyiniz hər qəpiyi yazın.
15. İnternetdə maliyyə ilə bağlı dəyərli (və ya faydalı) məsləhətlər axtarın və onlardan 10-nu seçin. 100 gün ərzində onlara riayət etməyə çalışın. Misal üçün, məhdud sayda nağd pulla və ya kredit kartı olmadan (üstündə götürmədən) dükana getmək, yanacağa qənaət etmək və s. üçün bir gedişə bir neçə iş görmək.
16. Dükanlarda yalnız kağız pullarla ödəniş edin və alış-verişdən sonra yerdə qalın pulun artığını daxıla atın. 100 gündən sonra yığılan məbləği hesablayın.
17. 100 gün ərzindəehtiyacınız olmayan heç bir şey almayın (kifayət qədər böyük alışlar nəzərdə tutulur). Bu pulu kreditinin ödənişinə sərf edin (əgər varınızdırsa) və ya saxlamağa çalışın.
18. 100 gün ərzində, gün boyu, əlavə gəlir mənbəyinin axtarılması və ya yaradılması üçün heç olmasa 1 saat sərf edin.
ZAMANIN İDARƏ OLUNMASI
19. Qeyd kitabçası gəzdirin. Ağlınıza gələn bütün fikir və ideyaları yazın, iş siyahınızı tərtib edin, zənglərdən sonra dərhal yeni görüşlər barədə qeydiyyat aparın və s.
20. 5 gün ərzində zamanınızı necə istifadə etdiyinizə diqqət edin. Şəxsi "vaxt büdcə"si üçün topladığınız məlumatdan istifadə edin: hər gün məşğul olduğunuz işlərə sərf olunan zamanı müəyyən edin. Misal üçün, evi qaydaya salma, işə getmək üçün sərf edilən vaxt, istirahət və s. Sonrakı 95 gün ərzində büdcənizə nəyi yatırdığınıza diqqət edin.
21. Özünüz üçün 100 gün ərzində məşğul olmayacağınız aşağı prioritetli iş seçin və onu həqiqətən daha zəruri olan birisi ilə əvəz edin.
22. Zamanınızın "sızmasının" 5 yolunu təyin edin, Gün ərzində 1.5 saatdan artıq televizora baxmamaq, sosial şəbəkələrdə 1.5 saatdan artıq vaxt sərf etməmək və s.
23. 100 gün ərzində çox məsuliyyətli işləri ləğv edin və yalnız gün ərzində bir zəruri işi icra edin.
24. 100 gün ərzində bu günkü (yeni) gününüzü dünənki gündən planlaşdırın.
25. Gün ərzində ilk olaraq vəzifə siyahınızda olan ən zəruri işləri, sonra yerdə qalanlarını icra edin.
26. 14 həftə müddətində hər həftənin icmalını gözdən keçirin.Həftəlik sorğu zamanı bu cür suallara cavab verin:
- Nəyə nail olmusuz?
- Nə məcrasında olmayıb ?
- Nəyi düz etmisiz?
27. 100 gün ərzində, hər səhər iş masanızın səliqə-səhmanlı olsun deyə, hər günün sonunda onu qaydaya salın, dəftərxana vəsaitlərini və kağızları yerbəyer edin.
28. 100 gün ərzində üzərinizə götürdüyünüz məsuliyyət və verdiyiniz bütün sözlərin siyahısını tutun, daha sonra bunları yerbəyer etməyə çalışın və ən əsası, sizi məqsəddən uzaqlaşdıran, sevinc gətirməyən işləri nə boynunuza götürün, nə də kiməsə söz verin.
29. Gün ərzində bir işdən başqa bir işə keçid almamışdan qabaq özünüzə sual verin: görəsən resurs və zamanınızın işlədilməsinə dəyərmi ?
(ardı var)
Fərid Abdullah