1. İstifadə etmədiyiniz əşyalardan qurtulun və onları ehtiyacı olanlara bağışlayın.
"Hüzur istəyirsən? Az əşya, az insan! ” deyə boşuna deməyiblər. Özünüzə daha sadə bir həyat qurun. Eyni zamanda ehtiyac sahiblərinə istifadə etmədiyiniz əşyaları bağışlasanız özünüzü daha yaxşı və dinc hiss edəcəksiniz.
2. Düzənli olun.
Əşyalarınız, sənədləriniz, paltarlarınız - hər şeyinizdən səliqəli istifadə edin. Qarışıqlıq insanı hər zaman narahat edən, nizam rahatlıq verən vacib amillərdən biridir. Səliqəli olmaq eyni zamanda ehtiyac duyduğunuz bir şeyi tapmağınıza, həmin lazımi əşyanı axtararkən yaranan stress və gərginlikdən xilas olmağınıza imkan yaradır.
3. Ehtiyacınız olmayan əşyaları istifadə etməkdən çəkinin.
Alış - verişdə seçici olun, ehtiyacınız olmayan şeyləri almağa vaxt sərf etməyin. İstifadə etmədiyiniz şeylərdən qurtulmaq çətindir. Ehtiyacınız olmayan əşyalar alaraq istifadə etməyib kənara atdığınız əşyaların sırasına yenisini əlavə etməyin. Rahatlığı yeni nələrsə almaqda yox, içinizdə axtarın, özündə dinclik tapmayan başqa heç nədə tapa bilməz.
4. Həmişə şəxsi həyatınızı iş həyatınızdan öndə saxlamağa çalışın.
"İnsanlar əvvəlcə pul qazanmaq üçün sağlamlıqlarını, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını itirirlər" deyib Y.V. Göte. Bunu yalnız öz sağlığınız üçün deyil, ailəniz, dostlarınız, hüzur və xoşbəxtliyiniz üçün düşünün. Bu dəyərlərinizin qiymətini bilin, çünki itirdiyiniz zaman qazandığınız pul onları geri qaytarmaq üçün yetərli olmaya bilər.
5. Daimi olaraq gündəlik tutmağa çalışın.
Sadə bir gündəlik tutun. Təcrübələrinizi, fikir və düşüncələrinizi yazın. Geriyə baxanda həyatınızdakı dəyişiklikləri daha asanlıqla müşahidə etmək imkanınız olacaq və bu özünüzü anlamağınıza kömək edəcəkdir.
6. Kredit kartından çəkinin, nağd puldan istifadə etməyə çalışın.
Kredit kartından istifadə lazımsız alış-verişə təkan verir. Kredit kartından istifadə etməmək olduqca çətindir, ancaq bunu bir vərdiş halına salmalısız. Alış-verişdə nağd puldan istifadə sizə nəzarət edir, ehtiyacınız olmayan şeyləri almaqdan qoruyur. Ayrıca ayın sonunda narahatlıq və stresə səbəb olan borc yükündən xilas edir.
7. Həyatınıza müsbət anlamda qatqısı olmayan insanlarla ünsiyyəti dayandırın.
Bəziləri ilə keyfiyyətli ünsiyyət qurmağın yeganə yolu onunla məsafə saxlamaqdır.
8. Təbiətə çıxın.
Elektrik cihazımızı cərəyan mənbəyinə qoşub, həyatımızı masa arxasında keçirmək üçün yaranmadıq. Psixoloji və ruhi sağlamlığımızın mənbəyi təbiətdədir. Təbiətə çıxanda, gəzəndə dinclik və hüzur hiss edirsən. İnsanı yoran şey oturmaq və heç nə etməməkdir.
9. Özünüz üçün real hədəflər seçin.
Doğru hədəf təyin etmək çox vacibdir, hədəflərinizin gerçəkdən sizin üçün uyğun olduğuna əmin olmalısınız. Hədəfləriniz əlçatan, real, zaman ölçülü olmalıdır. Gerçəkləşməyən hədəflər böyük xəyal qırıqlığına, məyusluğa səbəb olur və bu da sizi həyata qarşı pessimist edər.
10. Özünüzə mənalı məqsədlər yaradın.
Tükənmədən, yıpranmadan çalışa bilmənin və yaşaya bilmənin yeganə yolu etdiklərinizin bir şəkildə qarşılıq tapması, mənalı nələrəsə xidmət etməsidir. Bunu bilmək yolunuzu həvəslə və yorulmadan getmənizə imkan yaradacaq.
Çevirdi: Günel Deniz
Qadinkimi.com