Hansı ailəyə pul heç vaxt yol tapmayacaq Tarix : 12 Noyabr 2019, 19:44

Psixoloqların fikrincə insanı əhatə edən məişətin vəziyyəti onun daxili vəziyyətinin göstəricisidi. Bu isə eyni zamanda onun pul qazanmaq, zəhmət çəkmək kimi xüsusiyyətlərini də əks etdirir. Evdə səliqəsizlik, pintilik, illərlə təmir edilməyən, atılmayan hansısa sınıq əşya, cırıq oboy ev sahibinin tənbəlliyindən, yaxşı və düzənli yaşayış üçün heç bir iş görməməsindən xəbər verir. 


Ötəri çətinliklə bu halı qarışdırmaq olmaz. İstənilən ailədə və şəxsin həyatında maddi çətinlik, pulsuzluq dönəmi və qara zolaq ola bilər. Amma evini pinti saxlayan, köhnə və xarab əşyaları atmayan, sobasının üstü, unitazı, qabyuyanı çirkdən qərtmək bağlayan adamlar daxilən yoxsuldular. Onların nə zamansa varlanması, ehtiyacsız yaşaması mümkün görünmür. 


Belə adamlar həyatlarını yaxşılaşdırmaq, komfort və səliqə yaratmaq üçün heç nə etmirlər. Onlar işgüzar olmurlar və buna görə pul da qazana bilmirlər. Yəqin belə tanışınız var: Nə vaxtsa təmirə başlayıb, amma yarımçıq qoyub, illər boyu adi boyamanı, oboy dəyişməni, sınıq divanı düzəltməyən insanlar həyatda hansı uğuru qazana bilər ki? Böyük ehtimalla onların həyatı ehtiyac və uğursuzluq içində keçir.

Zəhmət anlayışı ilə problemi olanların qazancı da olmur. 

Evdarlıq insana ruzu gətirir. Yaşadığı yerə hörmət edən insanın həmişə gəliri olur. Çünki bununla insan öz ocağına müsbət enerji ötürür. Unutmayın. Bədxərcliyə yol vermədən evinizə çox vaxt əliboş getməyin, balaca bir çörək də olsa, alın. Şirniyyat alın, kiçik bazarlıq edin. Nə xəsisliyə, nə də bədxərcliyə yer verin. Evinizdə sınıq-salxaq olan yerləri qaydasına salmağa çalışın. Ucuz oboy cırıq oboydan daha yaxşıdı. Özünüz dəyişdirin. Az qab qırıq qabdan yaxşıdı. Atın. 


Bu düzəni yarada bilən insanların adətən iş və ev həyatı qaydasında olur. 


 

Qadinkimi.com