QADIN / KİŞİ
Gözəl və ağıllı qadınlar niyə adətən tənhalığı seçir Tarix : 19 Noyabr 2022, 18:18
Yazar : Qadinkimi.com
Dünyada nikahdan kənar yaşayan cütlük çoxdur. Ailə bağından qaçan gözəl və ağıllı qadınların sayı artmaqdadır. Artıq bu, ciddi problemə çevrilir. Məsələn, Amerikada qadınların 50,2 % - i tək yaşamağa üstünlük verir. Bu 124, 6 mln. deməkdir. 
Məsələnin səbəblərini araşdırdıqda gördüklərimizi sizinlə də bölüşmək istədik.
 

1. MÜASİR QADINLAR AZADDIR

Qadınlar illərdir öz hüquqları uğrunda mübarizə aparır, dünyanı dəyişir və asılı olmaqdan qurtulurlar. İndi  kişilərlə bərabər işləyən, hətta karyerada onlardan irəlidə olan  qadın az deyil. Fiziki güc üstünlüyü belə qadının ailədə kişidən asılılığına səbəb deyil. Qadınlar pul ödəməklə istənilən fiziki güc tələb olunan işi gördürə bilir. Və bu həyat yoldaşlarının həmin işi nə zaman edəcəyini gözləməkdən daha tez və asan olur.

2. QADINLAR ASUDƏ VAXTLARINA DAHA ÇOX DƏYƏR VERMƏYƏ ÇALIŞIR

Müasir qadınların çoxu işdənkənar vaxtlarını ailəyə - həyat yoldaşına və uşaqlarına, ev işlərinə sərf etməkdənsə, özlərinə ayırmağa üstünlük verir: gözəllik salonları, şoppinqlər, peşəkarlıqlarını artırmaq, əlavə təhsil və s. Ailəyə vaxt ayırmaq indi qadınlar üçün maraqlı deyil.

3. QADINLARIN  EMOSİONAL HALI DAHA DAYANIQLIDIR

Zarafatla səslənən "güclü qadınlar pişik saxlamağa daha çox meyllidir” deyimi həqiqətdən uzaq deyil. Müasir qadınlar sələfləri ilə müqayisədə mənən daha güclü, daha təhsilli, ruhsal olaraq daha dayanıqlıdırlar. İndi qızların da oğlanlar qədər yaşam seçimi var. Onlar sadəcə kiməsə ərə getmək arzusuyla yaşamır. Özlərinə uyğun, həyatlarını etibar edə biləcəkləri insanı tapmaq istəyirlər.

4. MÜASİR QADINLARIN STANDARTLARI YÜKSƏKDİR

Siz pul qazanırsınızsa, təhsillisinizsə, şəxsiyyət artımına çalışırsınızsa, xarici görüşünüzə diqqət ayıran birisinizsə özünüzə tay axtaracaqsınız. Çünki belə qadınlar öz standartlarından vaz keçmirlər.
Müasir qadınların çoxu həyatında bütün bunları dəyərləndirən, özləri ilə eyni səviyyəli birini görmək istəyir.

5. KİŞİLƏR AĞILLI VƏ GÖZƏL QADINLARDAN QORXUR

Kişilərin çoxu azad, gözəl, ağıllı qadınla yaxınlıqdan ehtiyat edir. Onun tənha olduğunu təsəvvür etmirlər. Həm də rədd edilməkdən çəkinirlər. Öz həyatlarını idarə edən belə qadınlar da heç vaxt ilk addımı atmır, bunu kişidən gözləyirlər.

6. MÜASİR QADINLAR DAHA NAĞILLARA İNANMIR

Müasir qadınların kişiyə inamı daha azdır. Bu gün partnyorunu dəyişənlərin sayı çoxdur. Hətta rəsmi nikah da daimi birliyin təminatı deyil. Kiçik yaşlarından qızların güclü siyasət qadınları, alim, ya şirkət sahibi, ya öz sevimli işi olanlar haqqında məlumatı olur. Fərqli düşünürlər.   
Müasir dövrün tələbləri fərqlidir və biz bu tələblərə uyğunlaşmalıyıq.
 
 
 
 
Qadinkimi.com