BİLİM / DİN
Günahkarlıq və xəcalət hissi uğur qazanmağa mane olur Tarix : 29 Avqust 2020, 11:57

Ömrümüz illərlə ölçülür. Amma həyat yaşadıqlarımızdır. Bunun üçün çarpışırıq, çalışırıq. "Necə edim” sualı çoxumuzu düşündürür. Təqdim etdiyimiz psixoloji araşdırmaların nəticəsi bəlkə yardımçınız ola bildi.

 

 Psixologiya elmi haqqında



 

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.


2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İşlərinizdə irəliləyiş olandan bundan yararlanmaq üçün planlarınızı bu gününüzə uyğun nəzərdən keçirin.


3. Heç nəyə səthi yanaşmayın, kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları görməyə, bağışlamağa çalışın. Sadəcə onlardan uzaqlaşın. Keçmiş səhvlərinizi, yanlışlarınızı, günahlarınızı özünüzə də bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı həyatınızda baş verən ən kiçik uğurlarla bağlı xatirələn üçün boşaldın.


4. Günahkarlıq və xəcalət hissi uğur qazanmağa mane olur. Onların badına getməyin.


5. Səbəbləri şəxsiyyətinizdə deyil, hazırki situasiyada - fiziki, sosial, iqtisadi və siyasi aspektlərdə axtarın. Bu səbəbləri aradan qaldırmaq yollarını düşünün.


6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq baş verənlərin, olanların insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara səbirlə və alçaldıcı görünən hallara daha ürəklə yanaşasınız.


7. Heç vaxt özünüz haqqında pis danışmayın.Xüsusilə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.


8. Sizin hərəkətləriniz tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməsinə imkan verməyin.

9. Unutmayın ki, bəzən məğlubiyyət də uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qutulasınız.

10. Natamamlıq hissi yaradan adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.


11. Özünüzü içinizə yığılan yükdən azad etməyə, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü daha yaxşı anlaya bilərsiniz.


12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla, doğmalarla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.


13. «Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O «əyilir», amma «sınmır». «Mən»inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.

 

14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçəsiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı addımları atacağınızın zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağı və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.


15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsisiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Mükəmməl varlıqsınız. Təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.

 


 

 

 

 

Mənbə: Journal of Consulting and Clinical Psycholog; Journal of Personality and Social Psychology

 

qadinkimi.com