GENDER
Gender və cins anlayışının fərqi Tarix : 22 Avqust 2022, 17:07


"Cins" və "gender" anlayışlarını ayırd etmək vacibdir. Cins kişiləri qadınlardan fərqləndirən fitri bioloji xüsusiyyətlər toplusudur. Bioloji cins ilkin və ikincili xüsusiyyətlərlə müəyyən edilir - əsasən bunlara cinsiyyət orqanlarının fərqi aiddir.


Gender isə anadangəlmə olmayan və yalnız mədəniyyətlər çərçivəsində mövcud olan sosial normalar toplusudur. Məsələn, qadın "ocaq qoruyan”, kişi isə "ovçu”dur, üstəlik, ona ağlamaq qadağandır. Gender ətrafında bir çox stereotiplər formalaşıb.


Bəziləri problemlərin həllində qadın məntiqinin kişilərdən daha pis olduğuna inanır, kişilər isə doğuşdan texnologiya ilə maraqlanır. Əslində, bu belə deyil və nevroloqlar çoxdan məşhur gender stereotiplərini təkzib ediblər.


Əgər bioloji cins daxili cinsəllik hissi ilə üst-üstə düşürsə və şəxs təyin olunmuş gender rolunu qəbul edirsə, ona cisgender (tamcinslik) deyilir. Ancaq bu yeganə fakt deyil.


Məsələn, interseks insanlar var - ilkin və ya ikincili cinsi xüsusiyyətləri kişi və ya qadın bədəni haqqında standart təsəvvürlərə uyğun gəlməyənlərdir. Məsələn, cinsiyyət orqanlarının forması kişi, lakin reproduktiv sistemi qadın olanlar da var.

 

Bundan əlavə, interseks insanda xromosom dəsti kişilər üçün tipik XY və qadınlar üçün XX-dən fərqli ola bilər. Normalda XXY, XXYY və başqa cür təsadüf edilir. 


Buna görə də şəxsin cinsi mənsubiyyəti ginekoloqların müəyyən etdiyi "genital cinsiyyət”dən xromosom və ya hormonal olaraq fərqlənə bilər. 


 

qadinkimi.com