DƏB VƏ BAXIM, BURA / ORA
Gəlmiş-keçmiş ən kübar birinci xanımlar Tarix : 25 Noyabr 2022, 18:56
Yazar : Qadinkimi.com
Dünyanın ən güclü insanlarının yanında yer almaq, medianın sevimli hədəflərindən biri olmaq və hər zaman əla görünmək yəqin ki çox çətindir. Ancaq birinci xanımlar ən az dövləti idarə edən həyat yoldaşları qədər dünyanın gündəmində özündən söz etdirməyi bacarır və bunları edərkən xarici görünüşlərinə də hər kəsdən çox diqqət etmək məcburiyyətində qalırlar. Ancaq belə görünür ki, bəzi birinci xanımlar bunu sevərək edir. 
Geyimləri bir-birindən məşhur stilistlər tərəfindən seçilsə də birinci xanımların hər birinin özlərinə məxsus tərzləri var və buna görə də tez-tez müzakirə mövzusuna çevrilirlər. 

Dünyanın ən kübar birinci xanımları deyildiyində ağla ilk Jaklin Kennedi (Jacqueline Kennedy) və Mişel (Michelle) Obama kimi məşhur adlar gəlir. Ancaq onların sayı kifayət qədər çoxdur. Buyurun tanış olun – dünyanın ən kübar birinci xanımları:
 


Moza bint Nasser – Qətərin birinci xanımı

Şahzadə Raniya əl-Abdullah (Rania el-Abdullah) – İordaniyanın birinci xanımı


Karla (Carla) Bruni – Fransanın keçmiş birinci xanımı

Hillari Klinton (Hillary Clinton) – Amerikanın keçmiş birinci xanımı

Samanta Kameron (Samantha Cameron) – İngiltərənin birinci xanımı

Anjelika (Angélica) Rivera – Meksikanın birinci xanımı

Mişel (Michelle) Obama – Amerikanın keçmiş birinci xanımı

Jaklin Kennedi (Jacqueline Kennedy) – Amerikanın keçmiş birinci xanımı


Leydi Börd Conson (Lady Bird Johnson) – Amerikanın keçmiş birinci xanımı 


Haya bint Al Hussein – Dubayın birinci xanımı

Melanya Tramp (Melania Trump) – Amerikanın birinci xanımı

 
Mehriban Əliyeva – Azərbaycanın birinci xanımı
 
 
 
Hazırladı: Günel Dəniz 
qadinkimi.com