Meksikalı rəssam Frida Kahlonun ailəsi feminist sənətçinin mirasını qoruya bilmək üçün böyük mübarizə aparır. Oyuncaq firması Mattel bir müddət əvvəl bazara çıxardığı "İlham verən qadınlar” seriyasında Frida Kahlonun da barbi oyuncağını istehsal etmişdi. Kahlonun ailəsi də məhkəməyə müraciət edərək barbi gəlinciyinin Meksikada satışını dayandırır.
Fridanın bacısı qızı oyuncağın rəssamın imicini necə pozduğunu bu şəkildə izah edir:
"Frida Kahlo bir məhsul və ya marka deyil. Frida Kahlo bir sənətkardı. Ayrıca Frida Kahlo bir barbi oyuncağı yox, rəssamdı. Onun kimi bir sənətkarın imicinin bu şəkildə əks olunması heç yaxşı hal deyil".
Dünya şöhrətli rəssamın şəxsiyyətini vurğulamaq istəyən ailə yeni bir rəqəmsal layihəylə feminist rəssamın xüsusi olaraq sənətini diqqət mərkəzinə çəkməyi hədəfləyir. Kahlonun rəqəmsal işləri dünyanın 33 muzeyində iştirak edən layihə çərçivəsində sənət sevərləri ilə görüşür.
Hazırladı: Günel Deniz
qadinkimi.com