** Mən xoşbəxtliyi görürəm. Amma deyəsən o məni görmür, çünki həmişə yaxınlığımdan ötüb keçir.
** Bu dünyada çox yığdı, amma gözü doymadı. Ona görə öləndə kəfəninə də cib tikdilər.
** Medianın "sirli” açarı: əgər yazsalar ki, "olmuşdur”- bunu "olmamışdır” kimi başa düş. Yox, əgər desələr ki, "olmamışdır”-bunu "olmuşdur” kimi qəbul et. Bəyəm bu "qızıl qaydanı” bilmək elə çətindir?
** Mən çoxdandır ki, buz kimi soyuq adamların arasında yaşayıram; bu adamlar günlərin bir günü bu dünyada buz kimi əriyib yox olacaqlar.
** Mən son vaxtlar öz yazılarımı buz üstə həkk edirəm; bu, bəlkə də əbədi buzlaqlardır, Antarktidadır. Deyirlər, orada buz(laq)lar ərimir.
** Təki özünü sevə biləsən: əlbəttə, bu sevgi səni eqoistlərə oxşatmasa yaxşıdır. Hər sevgidə bir mərhəmət hissi olur; hətta, özünəvurğunluqda belə. Hərdən özünüzə də mərhəmət edin.
** Cavanlar qocalara inanır, qocalar heç özlərinə də inanmır.
** Çox oxumaq hələ çox bilmək deyil. Çox bilmək üçün heç şübhəsiz ki, çox düşünmək lazımdır. Amma bəzən heç nəyi bilməyənlər də çox bilirlər.
** Unutma: sənin həyatının nəinki ən xoşbəxt günü, hətta, ən çətin günü belə, bir daha təkrar olunmayacaq.
** Ömür o qədər qısadır ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm çatmasın.
** Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.
** Sevdiyim insanların sevincinin ətrini uzaqdan duyuram.
** Yuxun gəlməyəndə dərdini həb kimi iç.
** İstehsalat tullantılarına bənzər adamların sayı həndəsi silsilə ilə artmaqdadır.
** Əllərim üşümür, üşüyən sözlərimdir.
** ...onun arzuları çoxdan işğal olunub.
** Adam öldürən bir adamı cəmiyyətə qəhrəman kimi də təqdim etmək olar, cinayətkar kimi də. Bu, təkcə ölənin və öldürənin kimliyindən deyil, həm də onun ictimaiyyata təqdimatdan, hə, bir də həmin adamın "adamından”... asılıdır.
** Аdаm kimi dаnışа bilmir, quş dili öyrənir.
** Adam həm sevincdən ölə bilər, həm də kədərdən. Əsas məsələ
budur: qaçmaq mükün deyil qəzavü-qədərdən.
**Adam hərdən özünü öz baş daşından asmaq istəyir.
**Adama hərdən ağıl da lazım olur.
** Adamlara yaxınlaşsa da, adamlıqdan çox uzaqdır.
** Аdаmın bаşındа аğıl аdlı bir şеy оlmur. Bunu bеyində cərrаhiyyə əməliyyаtı аpаrаn məçhur həkimlər dəfələrlə sübut еdiblər.
** Аdаmlаrın çoxu mеymundаn əmələ gəlsələr də, az qala hamısı pələngə охşаmаq istəyir.
** Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
** Adamların bəzən həddindən artıq ağıllı görünmək cəhdi onları axmaq vəziyyətə salır.
FİRUZ MUSTAFA
qadinkimi.com