FEMİNİZM
Feminizmdə yeni hərəkat - HeForShe Tarix : 02 Mart 2020, 20:44
Yazar : Qadinkimi.com
Feminizmdə yeni hərəkat - HeForShe nədir?  

HeForShe - "BMT-Qadınlar Birliyi"nin (UN Women) təşəbbüsü ilə yaradılmış cinsi bərabərlik üçün həmrəylik hərəkatıdır. "Kişinin dəstəyi olmasa, ayrı-seçkilik də sonlanmayacaq” məntiqindən yola çıxan bu həmrəylik hərəkatının əsas məqsədi kişi və oğlanları gender bərabərliyi üçün feminist mübarizəyə cəlb etməkdir. Hərəkat gender bərabərliyinin sosial, iqtisadi və siyasi baxımdan bütün insanlara təsir edən bir problem olduğunu qeyd edir.  "Qadın qadın üçün" mübarizə aparmalıdı fikrini yeni şüarla əvəzləyir-"He for She”  "Kişi qadın üçün” mübarizə aparsın. Hərəkat bununla kişiləri də bərabərlik üçün mübarizəyə dəvət edir. 

HeForShe həmrəylik hərəkatı necə yarandı?

HeForShe hərəkatı 20 sentyabr 2014-cü ildə Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının qərargahında xüsusi bir hadisə ilə başladı. Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə xoşməramlı səfiri Emma Watson öz feministik nitqində kişiləri də feminizmə, gender bərabərliyinə cəlb etmək istədiyini bildirir.

"Mən istəyirəm ki, kişilər bu öhdəliyi qəbul etsinlər, onların qızları, bacıları, anaları qərəzsiz, azad bir mühitdə yaşasınlar – eyni zamanda oğulları da problemə həssas yanaşsın və insan ola bilsin". 

Bu çıxış sosial media vasitəsi ilə dünyaya elan edilir.

BMT-nin Qadınlar Birliyi bu tədbirdə 100.000.000 kişini bu hərəkatı dəstək olmağa çağırdı. Bu hədəfə cəmi üç gün ərzində nail oldular. ABŞ-ın keçmiş prezidenti Barak Obama, aktyor Matt Damon və BMT-nin keçmiş baş katibi Pan Gi Mun hərəkata qoşulan kişilərdən oldu.

İMPACT 10x10x10 təşəbbüs

BMT-nin Qadınlar Birliyi 2015-ci il 23 yanvar tarixində Davosda keçirilən Dünya İqtisadi Forumunda gender bərabərliyini, qadınların gücləndirilməsini və daha da inkişaf etdirilməsini təmin etmək üçün HeForShe IMPACT 10x10x10 təşəbbüsünə start verir. Təşəbbüs hökumətlərin, şirkətlərin və universitetlərin dəyişimə təsir gücünü nəzərə alaraq pilot proqramın tətbiqinə başlayır. IMPACT 10x10x10 qadınlara səlahiyyətlərin verilməsi və ictimai gender bərabərliyi problemlərinin həlli üçün ən çox ehtiyac duyulan bəzi icmaları və bu dəyişiklikləri etmək imkanları çox olanları hədəf seçib. 


IMPACT 10x10x10nun qurucu qlobal liderləri; Hollandiyanın Prezidenti Mark Rutte, Sierra Leone-nin Prezidenti Ernest Bai Koroma, İsveçin Baş naziri Stefan Löfven, Unilever-in icraçı direktoru Paul Polman, Tupperware Brands Korporasiyasının prezidenti və icraçı direktoru Rick Goings və PricewaterhouseCoopers-in prezidenti Dennis Nallydir.

BMT-nin Qadınlar Birliyinin icraçı direktoru və baş katibinin müavini Phumzile Mlambo-Ngcuka: "Dəyişimin ən çətin olduğu yerlərdə, Birləşmiş Millətlər Təşkilatının Qadınlar Birliyinin gender bərabərliyi mövzusunda əsaslı rəhbərliyini nümunə kimi ortaya qoyuruq. HeForShe IMPACT təşəbbüsü vacib yerlərdə dəyişim hüququ üçün məsuliyyət daşıyır. Buna nail olan liderləri mövzuyla məlumatlandırır. Sənaye və hökumət üzvlərinin (biz onlara çempion deyirik) uyğun və uğurlu fəaliyyəti, pilot tətbiqlərdən istifadəsi onların təşkilatda iştirakını artırır. Axı dəyişiklik üçün hər kəsin iştirakı lazımdır ".


IMPACT 10X10X10 2014-cü ildə dərc edilmiş "Qlobal Cinsiyyət Uçurumu" hesabatında qanunverici orqan və şirkətlərin gender bərabərliyi sahəsində mənfi cəhətləri vurğulanır. Məruzədə siyasi güc baxımından kişi və qadın arasında olan böyük boşluq ön plana çıxarılır və 2006-cı ildən bəri iş yerləri bərabərliyində çox cüzi irəliləyiş olduğu bildirilir. Gender bərabərliyi və qadınlara qarşı zorakılığa son qoyulması ilə bağlı çalışmaları sürətləndirmək üçün gənclərin iştirakının vacib olduğunu nəzərə alaraq universitetlər də təşəbbüsə daxil edilib.

 
Bu təşəbbüsü dəstəkləyən Universitetlər

Meksika: Meksika Milli Muxtar Universiteti (UNAM)

Braziliya: Sao Paulo Universiteti

Kanada: Waterloo Universiteti

Fransa: Paris Siyasət İnstitutu (Sciences Po)

Hong Kong: Hong Kong Universiteti

Yaponiya: Nagoya Universiteti

Cənubi Afrika: Witwatersrand Universiteti

Birləşmiş Krallıq: Lester Universiteti və Oksford Universiteti

Amerika Birləşmiş Ştatları: Corctaun Universiteti və Stony Brook Universiteti

Dəstəkləyən  şirkətlər

Koç Holdinq

Garanti Emeklilik

ING Bank

PWC International Limited

McKinsey & Company

Schneider Electric

Barclays

Unilever

Tupperware  Brands

AccorHotels

Vodafone Group

Twitter

Dəstəkləyən ölkələr

Finlandiya

İslandiya

İndoneziya

Yaponiya

Malavi

Rumıniya

Ruanda

İsveç

 
qadinkimi.com