1. Jeanne Dielman, 23 Quai du Commerce, 1080 Bruxelles filmi (Rejissor: Chantal Akerman, 1975)
Film tənha dul bir qadının 3 günündən bəhs edir. Jeanne Dielman yeniyetmə oğlu ilə birlikdə yaşayır və gündəlik ev işləri ilə məşğul olur. Bəzən də kişilərlə görüşür. Müştərilərindən biri onun ilk dəfə orqazm yaşamasına səbəb olur və bundan sonra qadının həyatı dəyişməyə başlayır.
2. Sedmikrásky (Vera Chytilová, 1966) – İki kiçik çobanyastığı
Bu günə qədər çəkilmiş ən önəmli feminist filmlərdən biridir. Azərbaycan dilinə "İki kiçik çobanyastığı” kimi tərcümə edilir. Film iki gənc qızın şıltaq macəralarından bəhs edir. Ancaq bu iki qızın fonunda izləyiciyə dövrün problemləri ilə bağlı ciddi mesajlar verilir.
3. Piano (Jane Campion, 1993)
Film lal bir pianist olan Ada və qızının hekayəsini anladır. Altı yaşından tək bir kəlimə də deməyən Ada bu səssizliyini pianosuna ötürərək yaxşı bir pianist olur. Atası Adanı razılaşdığı Yeni Zelandiyalı bir zəngin kişi ilə məcburi şəkildə evləndirmək istəyir. Bu zaman gənc qadın qızını da götürüb heç bilmədiyi başqa bir ölkəyə gedir. Yeni evləndiyi adamla problemləri olur və pianosundan ayılır. Ancaq bundan sonra sürpriz şəkildə həyatında yeniliklər baş verir.
4. CLÉO DE 5 À 7 (Agnès Varda, 1962) Beşdən yeddiyə Cleo
Modernist Avropa filmlərinin ən güclü nümunələrindən biridir. Şəhərli bir qadının ölüm və xəstəlik qorxusunu anladan Varda qadın filmlərinə yeni bir pəncərə açır.
5. Sans toit ni loi (Agnès Varda, 1985) Yersiz-yurdsuz
"Yersiz yurdsuz” Vardanın ən yaxşı filmi olması ilə yanaşı, Fransa film sektorunun da ən yaxşı filmlərindən biridir. Fransanın cənubunda Mona adlı evsiz bir qızın cəsədi tapılır. Bundan sonra filmdə Monanın keçmişinə səyahət başlayır.
6. Thelma & Louise (Ridley Scott, 1991)
Bu çox məşhur feminist yol filmi 1990-cı illərin ən yaxşı filmləri arasında çoxdan yerini alıb. Filmdə sevgilisindən bezən ofisiant qız Louise cinsiyyət ayrı-seçkiliyi edən ərindən bezən rəfiqəsi Thelmanı birlikdə maşınla səyahətə çıxmağa razı salır. İlk rastlarına çıxan barda əylənib rəqs edirlər. Bundan sonra fərqli-fərqli hadisələr baş verir.
7. Je, tu, il, elle (Chantal Akerman, 1974) Mən, sən, o, özü
Özünü axtarma və itirmə ağrılarına əsaslanan bir filmdir. Evində tək yaşayan Julie məktublar yazır, toz şəkər yeyir, bir gün evini tərk etməyə qərar verir və bu zaman bir yük maşını sürücüsü ilə qarşılaşır. Filmin qəhrəmanı Julinin həyatı üç əsas ünsürə əsaslanır: gənc qadının vərdişləri, səyahətdə tanış olduğu yük maşını sürücüsü və keçmiş sevgilisi. Yaşadığı hər hadisə ilə həyatından bir suala cavab tapacağına ümid edir.
8. Persona (Ingmar Bergman, 1966) Maska
Film teatr aktyorlarının, eləcə də bütün insanların maskalanaraq başqalarına təqdim etdikləri şəxsiyyətlərdən bəhs edir. Persona filmi bir qadın və onunla bərabər film boyunca görünən bir tibb bacısının hekayəsini anladır. Dövrünün ən məşhur, gözəllər gözəli teatr aktrisası Elisabeth Vogler önəmli bir pyesdə oynayarkən birdən-birə susur. O, susmağa davam etdiyi üçün sonda bir xəstəxanaya yatırılır. Həkimin məsləhəti ilə gözdən uzaq bir yerə göndərilir. Burda Vogler susduqca tibb bacısı Alma öz hekayəsini anladır.
9. The Bitter Tears of Petra von Kant (Rainer Werner Fassbinder, 1972)
Petra von Kantın göz yaşları
Film rejissorun sevgi və nifrəti qarşılıqlı şəkildə göstərdiyi 33 filmindən 13-cüsüdür. Petra Von Kant modelyerdir. Bir müddət əvvəl həyat yoldaşından boşanıb. Öz köməkçisi ilə münasibət yaşayır. Bu zaman vəziyyət daha da qarışıq hal alır.
10. Cries and whispers (Ingmar Bergman, 1972) Qışqırıqlar və pıçıltılar
Çox güclü bir filmdir. Üç bacı və xidmətçi qız haqqındadır. Birinci bacı insanları sevir, amma qarşılığında sevilmədiyini düşünür. İkinci bacı sevmədiyi üçün nə hiss etdiyini bilmir. Üçüncü bacı ilə özünə və ətrafındakılara qarşı dürüst davranır. Filmdə tək mehriban xarakter xidmətçidir. İnsan xarakterlərini izah edən möhtəşəm bir filmdir.
11. Orlando (Sally Potter, 1992)
Məşhur yazıçı Virginia Vulfun (Virginia Woolf) eyni adlı əsəri "Orlando”dan təsirlənərək çəkilmiş bir filmdir. Bu əfsanəvi filmdə dörd əsrlik bir dövrdə möcüzəvi şəkildə yaşlanmayan Orlandodan bəhs edilir. Filmdə həm kişi, həm də qadın rolunu eyni aktyor canlandırır. Film cəmiyyətdəki cinsiyyət rolları, müharibə, sevgi, modernizm kimi mövzulardan bəhs edir.
12. La souriante Madame Beudet (Germaine Dulac, 1922) Gülümsəyən xanım Beudet
Filmdə həyat yoldaşından sıxılmış Beudeti görürük. Beudet ondan qurtulma xəyalları qurur və biz bunu qadının xəyallar dünyasında seyr edirik.
13. Daughters of the Dust (Julie Dash, 1991) Toz qızları
Filmdə Gullah xalqından bəhs edir. Qərbi Afrikadan Amerikaya köç edən amerikalılar arasında bir tək gullahlar Afrika adət-ənənələrini ən çox qoruyub saxlayan toplumdur. Filmin qəhrəmanları ingiliscə danışsalar da, afrika intonasiyası güclü hiss edilir. Buna görə də filmdə çox vaxt alt yazılardan istifadə edilib.
14. Yentl (Barbra Streisand, 1983)
Film anası vəfat etmiş və atasının böyütdüyü Yentl adlı yəhudi bir qızdan bəhs edir. Atası da öldükdən sonra təkbaşına qalır. Bu zaman qızların oxuması qadağan olan dini bir məktəbə oğlan paltarlarında getməyə başlayır. Həmin məktəbdə başqası ilə evlənmək üzrə olan Aviqdor adlı bir oğlana aşiq olur.
15. Gloria (John Cassavetes, 1980)
58 yaşında azad ruhlu, dul bir qadın Gloria övladlarının böyüyüb yanından getməsi ilə təkbaşına qalır. Amma o, təkliyə alışmayıb. Bunun üçün təkbaşına yalnız insanların olduğu əyləncə gecələrinə qatılmağa başlayır. Amma hər dəfə getdiyində bir xəyal qırıqlığı yaşayır. Bu vəziyyət özündən 7 yaş kiçik Rodolfo adlı biri ilə tanış olana qədər davam edir.
16. Alice doesn`t live here anymore (Martin Scorsese, 1974) Alice artıq burada yaşamır
Bu filmdə rejissor kişi üstünlüyünün hiss edildiyi dünyada ayaqda qalmağa çalışan Alicin mübarizəsini canlandırıb. Alice əri öldükdən sonra 11 yaşlı oğlu ilə tək qalır. Heç kimi və pulu olmayan Alice Kaliforniyadan Arizonaya köçür. Həyat burda da onun üçün asan olmur.
17. All about my mother (Pedro Almodóvar, 1999) Anam haqqında hər şey
Oğlu Estebanı təkbaşına böyüdən və ona çox bağlı olan Manuela bir gecə bir qəzada oğlunu itirir. Duyğusal bir çöküntü yaşayaraq Barselonadakı üzüntüsündən qurtulmaq üçün iş axtarmağa başlayır. Eyni zamanda başqa bir oğlu olduğundan bixəbərdir və əvvəlki ərini axtarır.
18. The color purple (Steven Spielberg, 1985) Bənövşəyi rəng
Ucqar kəndlərin birində yaşayan təhsilsiz bir qadın olan Celie "Cənab” adlandırılan mərhəmətsiz bir kişi ilə məcbur evləndirir. Get-gedə özünə qapanıqlığı daha da artır və üzüntüsünü yalnızca Tanrı ilə bölüşür. Amma həyatına girən iki qadının dostluğu onun özünə olan inamını yenidən geri qaytarır.
19. Passion Fish (John Sayles, 1992) Ehtiraslı balıq
Taksidə gedərkən bir qəza keçirən opera sənətçisi iflic olur və əlil arabasına məhkum qalır. Bu zaman ailəsinin köhnə evinə gedir və tibb bacısının nəzarətində yaşamağa məcbur olur.
20. An Unmarried Woman (Paul Mazursky, 1978) Subay qadın
Ərinin xəyanətindən sonra 16 illik evliliyini bitirmək məcburiyyətində qalan Ericanın qüruru zədələnib və artıq evlilik onun üçün heç bir məna ifadə etmir. Problemləri olan qızı ilə birgə yaşayır. Başlanğıcda tipik amerikalılar kimi özünü alışa-verişə versə də, psixoloji vəziyyəti düzəlmir. Beləliklə, psixoloqa getməyə qərar verir. Ən sonda özü ilə barışıb həyata tutunma yolunu seçir.
qadinkimi.com