FEMİNİZM, GENDER
Qadınları mətbəxdən xilas etmək istəyən ilk memar Elis Ostin bacardımı Tarix : 28 Aprel 2022, 10:51
Yazar : Qadinkimi.com

24 Mart 1862: Feminist dizayner Elis Konstans Ostin (Alice Constance Austin)

 


Liano Del Rio sosialist kommunasında bir kooperativ xəyal edən qadınların bəziləri. Foto: W. Millsap, M. Elkins

 


 

Elis Konstans Ostin 24 Mart 1862-ci ildə Çikagoda anadan olub. O, memar, şəhər plançısı, sosialist və radikal feminist dizayner idi. Onun ən məşhur layihəsi, Liano del Rioda etdiyi layihə idi. Tam həyata keçirilməsə də gələcək şəhər planlamasına böyük təsir göstəriib. 1935-ci ildə "Sonrakı addım” – "Tullantıların azaldılması nəticəsində böyük qənaətlə” – "Gözəllik, rahatlıq və barış üçün” – "Gözəlliyi necə planlaşdırmalı” adlı kitabı nəşr olunub. Şəhərsalma tarixində onun feminist səyləri minimum əmək haqqı, sosial təminat, ev təsərrüfatı, rifah, universal sağlamlıq kimi müasir mövzulara qədər uzanır.

 


Ostinin kommuna üçün planlarından biri, c. 1916. (Foto: Public Domain)

 


Alice Constance Austin 1916-cı ildə Llano del Rio kolonistlərinə modellər göstərir. (Foto: Public Domain)


 

1910- cu illərin əvvəllərində o, Kaliforniya ştatının Palmdale şəhərində kooperativ qurmaq üçün sosialist Job Harriman tərəfindən işə götürüldü. Onların üzərində işlədikləri layihə; inzibati binalar, restoranlar, kilsələr, məktəblər, bazar yerləri və s. olan halqavari şəhər planı idi. Evlər müasir feminist dizayna malik idi; Qadınların ev əməyini azaltmağa xidmət edəcək mətbəxsiz evlər, kommunal gündüz baxım sahələri, quraşdırılmış mebel və isti döşəmə kimi planlar da bura daxil idi. Onlar sosial statusun patriarxal tarixini şübhə altına alan yeni şəhər tipini təsəvvür etməyə çalışdılar. Ancaq mətbəxsiz evlər heç vaxt tikilmədi və Liano Kooperativi pul və su çatışmazlığı səbəbindən heç vaxt tam olaraq həyata keçirilmədi.

 

Ostin paltarlar, isti yemək xidməti, nəqliyyat vasitələri, qida və ləvazimatların daşınması üçün yeraltı tunel sistemindən istifadə etməyi təklif edir. Bunun üçün o, dövrün elektrik, avtomatlaşdırma və dəmir yolu sistemlərindəki texnoloji inkişaflarını araşdırır. Mətbəxlərin (camaşırxanalar kimi) mərkəzləşməsini təklif edir. Qab-qacaq maşınlarda yuyulmaq üçün mərkəzi mətbəxə qaytarılacaqdı. Daha az ev işi, daha asan uşaq baxımı, daha az yol hərəkəti qadınların ənənəvi ev işlərindən azad olması demək idi. Beləliklə, onlar ictimai həyata qatıla biləcəkdilər. Layihəyə quraşdırılmış mebel, qatlanan çarpayılar və istilik sistemi də əlavə edir, tozsoranlamaq kimi ev işlərinin azalması üçün variantlar təklif edir. 

 

Charlotte Perkins Gilmanın feminist təsiri Ostinin dizaynlarına ilham verib. O, ictimai məkanda, parklarla istismar, boşanma və s. üzündən sığınacağa ehtiyacı olan qadınlar üçün ucuz evlər və təhlükəsizlik yaradılmasını istəyir. 

 

Ostin mətbəxsiz ev dizayn edən ilk insan olmasa da 1978-ci ildə Haydenin Signs jurnalında yazdığı kimi, mətbəxsiz evlərl təklifi ilə məişət işlərini böyük miqyasda bir zəhmət olduğunu sübut edən ilk memar idi.

 

 

Mənbə: https://www.atlasobscura.com/articles/the-feminist-architect-who-tried-to-liberate-kitchens-from-houses

Çevirdi: Günel Deniz

Qadinkimi.com