YAZI / DÜŞÜNCƏ
Ey yadlara ağlayıb, özü diriykən ağlara bükülən türküm - İlqar Türkoğlu yazır Tarix : 14 Mart 2020, 21:00
Yazar : Qadinkimi.com
DİQQƏT!!! 14 mart ərəblərin Babəki - Babək Atanı edam etdiyi gündür.
 

Di gəl ki, türkə-ulusumuza görünməmiş soyqırım yaşadan, Babəkini, Nəsimisini qəddarcasına edam edən ərəbə min ildi yas tutmaqda davam edirik. Onun ayağı dəyən yerləri ocağa, pirə çevirmişik. Ərəblərin uydurduğu, farsların ustalıqla söylədiyi nağıllarda uyumaqla unutduq bu faciələri.
 

Necə ki, Azərbaycanı 1920-ci ildə işğal eləyən,1990 cı ilin Qara Yanvar faciəsini, 1992 ci ildə erməni hərbi birləşmələrilə Xocalı soyqırımını yaşadan Qırmızı orduya abidə ucaltmışdıq, necə ki, dərsliklərimizdə milli dəyərlərimizi aşağılayıb, düşmənləri xilaskar obrazında təqdim etmişdik...
 

Bilirsinizmi, nədən türklər rusdan da qəddar olan vəhşi ərəbin dinini qəbul etdi? Ərəb işğal etdiyi Azərbaycan torpaqlarında islamı qəbul etməyənlərə suya və havaya görə xərac təyin etdi, hər bir ərəb əsgəri üçün bir ailədə qız-qadınla təmin olunmaqla gecələmək şərti qoydu. Hər bir öldürülən ərəb əsgərinə görə cavabdeh ailədən 5 kişi, kişilərin sayı çatmadığı təqdirdə qohumlarından olmaqla 5 nəfəri öldürməklə qisas alınırdı.
 

Şərəfsizliyə dözə bilməyənlər kütləvi şəkildə insanlığa qənim kəsilmiş bu dini, yad bir ideologiyanı qəbul etmək zorunda qaldı.Yüz minlərlə qılncdan keçirilmiş ata və oğulların ana və bacıları qənimət kimi ərəbistan bazarlarında qul kimi satışa çıxarıldı.Ərəb arxivlərində, ərəb mənbələrində minlərlə, milyonlarla belə tarixi faktlar var ki, oxuyub, dəhşətə gəlməmək olmur. Nəticə çıxarırıqmı?..
 

P.S. Ey yadlara ağlayıb, özü diriykən ağlara bükülən türküm! Min manata məşədi, beş yüz avroya kərbəlayi, üç-beş min dollara hacı tituluna sahib olanların əxlaqında dəllallıq durur, ticarət durur, İNSANLIQ dura bilməz...
 
 

İLQAR TÜRKOĞLU
qadinkimi.com