EV / ÇÖL
Evini təzələməyən insanın həyatı da təzələnmir Tarix : 10 Avqust 2019, 16:39
Yazar : Qadinkimi.com

 

Evimizdəki ortam həyatımıza ciddi təsir edir. Hətta evdə yaşayan körpələrə belə böyük təsiri var. Bəzən uşağın ağlama səbəbi evdə hansısa əşyanın yanlış qoyuluşu, yerinin dəyişdirilməsi, hansısa səliqənin pozulması ola bilər. Buna diqqət etmək vacibdi. Bir dəfə bir qadın ailə psixoloquna zəng vurub körpəsinin dayanmadan ağladığını deyir. Psixoloq onlara gəlir. İçəri girəndə görür ki, xalçanın bir tərəfi qatlanıb. Düzəldir. Uşaq ağlamağını dayandırır. Demə, uşaq xalçanın düzəlməsini istəyirmiş, bunu deyə bilmədiyi və  başa düşülmədiyi üçün ağlayıb.
 
Çin fəlsəfəsi olan fen-şuya görə evin yanlış düzəni insanın bütün həyatını alt-üst edə bilər. Məsələn, qapının girəcəyinə güzgü qoymaq olmaz. Evə dolan müsbət enerjini geri qaytarır. Yatağın düz ortasından asılan çil-çıraq ərlə-arvadın ayrılığına səbəb ola bilər. Otaqların, dolabların qapıları bağlı saxlanılmalıdı ki, müsbət enerji dağılmasın.  Evdə zibil saxlamaq neqativ yayır. Zibil gərək tez-tez atılsın. Ən önəmlisi köhnə, işlənməyən, gərəksiz əşyaları saxlamaq olmaz. Bu, həyatınızda yeniliklərin qarşısını alır. Evdə ən xırda detalın  olsa belə yenilənməsi yenilik gətirir. Bütünlükdə, köhnə şeyləri evdə saxlamağa meylli olan xalqların da həyatında dəyişiklik olmur. Buna görə də bir çox xalqın geyinilmiş paltarları ehtiyacı olanlar üçün ayrılmış məkanlara vermək, köhnə əşyaları atmaq, evdə xarab heç nə saxlamamaq kimi adətləri var.  

 

 


 

Qadinkimi.com