İngilis dilli ədəbiyyatda eşq-məhəbbət haqqında maraqlı məcazlar var. Məsələn, Elvis Preslinin ifa etdiyi bir mahnıda deyilir: "Məncə, məhəbbət banan qabığıdır. Səndirlədim, sürüşdüm və yıxıldım".
"Seinfeld" serialının son səhnəsində Veyn Nayt deyir: "Eşq çoxtamlı ədviyyatdır. Başcilləndirici rayihəsi var".
Cuol bir mahnısında məhəbbəti bağça adlandırır.
"Britaniyalı sehrbazlar"ın müəllifi Corc Qrenvil üçün məhəbbət bağda olan ən zərif bitkidir.
Vaşinqton İrvinq məhəbbəti həyatın səhər çağında çəhrayı buluda bənzədir.
"Ah, məhəbbət su və ulduzlarla, qum fırtınasına düşmüş kimi boğucu havada olmaqdır. Məhəbbət şimşək çaxmasıdır. İki vücudun balla yapışaraq bir-birinə təslim olmasıdır", — deyə Pablo Neruda yazırdı.
"Qulların enerjisi"ndə Leonard Kohen eşqi alova bəznətmişdi. Eşqin hər kəsi yandırıb eybəcərləşdirdiyini deyirdi. İnanırdı ki, eşqə düşmək bizin eybəcərliyimizin bəraətidir.
"Məhəbbət tonqaldır. Söndüsə, çətin bir də yandıra biləsən". Bu, alman atalar sözüdür.
Kurt Vonnequt məhəbbəti məxmər caynaqlı şahinə oxşadırdı.
Dəlisov, çılğın, bir az da azğın Çarlz Bukovski yazırdı ki, eşq cəhənnəmdən gələn itdir.
"Məhəbbətin fəlsəfəsi"ində Tomas Kempbel belə təsvir edib: "Məhəbbət qəfəsdə həbs ediləndə tükünü tökən quşa bənzər. O, yalnız azadlıqda pərvaz edər."
Sanskrit dilindəki "Şatakatraya"nın müəllifi Bhartrhari isə eşqi arzular çayında timsaha bənzədir.
H.L.Menkenə görə "xoşbəxtlik çini qablar dükanıdır, məhəbbət isə buğadır".
ARDI VAR...
Aygün Əziz
Qadinkimi.com