Esmira Fuadın yeni kitabı Tarix : 10 Sentyabr 2024, 14:10

Bu günlərdə Filoogiya elmləri doktoru Esmira Fuadın ərsəyə gətirdiyi "Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə çap olunub. Kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd - Kürəkçay müqaviləsi - Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay "Sülh” müqaviləsi yer alıb. Və bu adında "sülh” yazılan-içəriyində isə əsrlərcə bir-vahid olan Azərbaycanın bölünməsi əks olunan müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolu təhlil olunur. Daha sonra İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir.

Bir 1 nəfər və mətn illüstrasiyası ola bilər 


Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllik­lə­ri açıqlanır. Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və milli kimliyin əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, "Fləş Fikşn": Kibriti hekayələr, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının Qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real durum və çapa təqdim olunmuş əsərlərdən qısaca söz açılır, o taylı-bu taylı - Bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu təhlil edilir.

Bu dəyərli kitabın təqdimatı 10 sentyabr 2024-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında keçirildi...

Bir 4 nəfər şəkili ola bilər


Yazıçı Aysel Əlizadənin aparıcılığı ilə keçən təqdimatda bilim adamları,şair və yazıçılar, oxucular iştirak edirdi. 
Çıxışçıların hər biri kitabın ədəbiyyatımıza, tariximizə, bütöv Azərbaycanımıza olan layiqli bir töhvə olduğunu vurğuladı. "Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" hər bir vətəndaşın masaüstü kitabı olması fikri önə çəkildi. 
Bir 2 nəfər və xəbər otağı şəkili ola bilər
 
 
 
 
 Bir 2 nəfər və mətn şəkili ola bilər

 
qadinkimi.com