SEVGİ
Əsəd Cahangir: İdris Abbasovu bu durumda görmək mənə çox ağır təsir bağışladı Tarix : 02 İyul 2020, 20:39
Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor, neçə-neçə monoqrafiyanın müəllifi, Mirzə Kazım bəyin Türk-tatar dilinin qrammatikası əsərinin Azərbaycan dilinə tərcüməçisi İdris Abbasovu bu durumda görmək mənə çox ağır təsir bağışladı. Hazırda o, 4 yüzil bundan öncə yazılmış, min yüz səhifəlik "Azərbaycan dilinin orijinal qrammatikası" əsərini italyan dilindən dilimizə çevirir və tərcümə demək olar ki, çapa hazır vəziyyətdədir. Onun koronavirusla yoluxması, durumunun ağırlaşması da bu tərcümə üzərində üç il ərzində gecə-gündüz çalışması ilə bağlıdır. Fiziki cəhətdən xüsusi sağlamlığı ilə seçilməyən İdrisə bu qədər gərgin zehni zəhmət qəti olmazdı.
 
Üstəlik də maddi baxımdan problemlər içində olan bir vaxtda. İdris belə məsələləri açıb-ağartmağı heç vaxt sevməyib. İndi bilirəm ki, bu açıqlamam onun ürəyincə olmayacaq. Bu, mənim öz təşəbbüsümdür. Bütün şüurlu ömrünü fədakarcasına elmə həsr edən bir şəxs bu ölüm-dirim savaşında nyiə tək qalmalıdır? Niyə ev şəraitində öz cüzi vəsaiti hesabına müalicə olunmalıdır? Niyə çalışdığı təşkilat, əlaqədar qurumlar onun həyatına belə etinasız yanaşmalıdır? Əziz dostlar, xahiş edirəm ki, səsimə səs verəsiz və və bununla fədakar alimin normal həyata qayıtmasında yardımçı olasınız!
Xahiş edirəm ki bunu da nəzərə alasınız!

 Esad Cahangir adlı şəxsin şəkli.
 
İdris Abbasov on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Naxçıvan Nümayəndəliyinin rəhbəri işləyib. Amma bir adam belə deyə biıməz ki, bu on ildə kimdənsə bir qəpik rüşvət alıb, haram qazanca əl atıb. Bəlkə elə etsəydi, heç bu gün hər hansı yardıma, dəstəyə ehtiyacı olmazdı. Məsələni çətinləşdirən daha bir məsələ isə alimin həyat yoldaşının da hal-hazır da daha ağır yoluxmaya məruz qalmasıdır.
 
 
Əsəd Cahangir

qadinkimi.com