"Eqo" sən deyilsən, mən deyil, eqo başqalarıdı - Ekhart Tolle Tarix : 23 Noyabr 2022, 21:04

 

İnsanın nəylə eyniləşməsi özündən asılıdı - yaşından, cinsindən, mənsubiyyətindən, gəlirindən, sosial statusundan, moda, ətraf mühir, mədəniyyət və s. Nəylə özün eyniləşirsənsə o tərkibdi. Şüursuz və məcburi eyniləşmə isə strukturdu. Bueqotipik ağlın funksiyasının əsas üsullarından biridi.

Paradoksal olsa da, fakt odu ki, qondarma istehlak cəmiyyətinin mövcudluğunun əsasında dayanır. Şeylər vasitəsilə özünü tapmaq mümkün deyil: məmnunluq hissi çox çəkmir. Ona görə də sən hər dəfə yeni nəsə axtarırsan, almağa davam edirsən.


Fiziki ölçüdə üzdə olan "mən” almaq vacibdi. Bizə ev, geyim, mebel, alətlər, maşın lazımdı. Eyni zamanda biz əşyaların gözəlliyinin qiymətini bilməliyik. Mövcud olan hər şeyə sevgi və sayğıyla yanaşmağımız lazımdı, nifrətlə yox. Hər şeyin öz məzmunu var. Şeylər həyat formalarıdı, bütün cisimlərin bütün formalarının, bütün şeylərin mənbəyindən gəlir, hər şeyin başlanğıcı vahid formadı. Qədim mədəniyyətlərdə insanlar inanırdılar ki, canlı cansız hər şeyin ruhu var. Bu inam indikindən daha çox həqiqətə yaxın idi. Həyat enerjisi itən və tamamilə mental abstraksiyada yaşamaq kainatın gücünü hiss etməməkdi. İnsanların çoxu dirilikdə deyil, konseptual reallıqda mövcuddur.


Biz şeylərə bağlanırıqsa, onlara hörmət edirik demək olmaz. Biz onlardan özünü gücləndirmə vasitəsi kimi istifadə edirik, onların köməyi ilə özümüzü tapmağa çalışırıq. Eqo məhz bunu edir. Eqotipin eyniləşməsini, asılılıq, bağlılıq yaradır, bu da öz növbəsində cəmiyyətdəki istehlakı və onun iqtisadi qurumlarını formalaşdırır orda ki, tək meyar "daha çox” du. Nəzarətsiz çox tələbi, şiddətli acgözlük və funksional pozuqluq əmələ gətirir. Xəstəliklər inkişaf edir. Bu pozuqluq eynilə xərçəng hüceyrələrinin inkişafı kimidi. Özünü yaşatmaq üçün artır. Amma xəstə hüceyrələr anlamırlar ki, orqanizmə yayıldıqca, inkişaf etdikcə özünün də məhvinə səbəb olur. Bəzi iqtisadçılar artım anlayışı ilə təngə gətiriblər. Bu sözə elə qapılıblar ki, onsuz keçinə bilmirlər. İqtisadi çöküşü də " mənfi artım" adlandırırlar.


 

Bir çox adam o şeylərə sahib olmaq üçün həyatın əhəmiyyətli hissəsini itirir. Ona görədövrümüzün ən sürətlə yayılan xəstəliyindən biri - proliferasiya adlanır. Özünü boş hiss edirsən, boşluğu şeylərlə doldurmağa çalışırsan. Mən mənəvi təcrübə kimi təklif edərdim əşyalala münasibətlərini araşdırasan, özəlliklə bunu "mənim” dünyasının yaratdığı şeylərlə münasibətdə edəsən. Sən gərək aydın görəsən ki, öz-özünə verdiyin dəyər bu şeylərlə bağlıdı, ya yox. Şeylər səndə özün haqda incə hisslər, öz önəmini oyadırmı? Yaşamağa stimullaşdırırmı? Hansısa əşyanın yoxluğu sənin öz gözündə dəyərini aşağı salırmı? Elə şeylər var ki, onları üzə çıxarmaqla sən öz qiymətini qaldırmağa çalışırsan, başqalarının və ya özünün gözündə daha dəyərli və vacib adam olmağa can atırsan? Şəxsiyyətini zədələnmiş və ya küskünlük hiss edirsənmi başqasının əşyaları, sahib olduqlarısəndən çox olanda? Və ya özün nəsə qiymətli bir şey itirəndə çox sarsılırsanmı? 


İtirilmiş üzük


Mən bir müddət insanlarla müşavir və mənəvi müəllim kimi görüşürdüm. Onda həftədə iki dəfə bir qadını ziyarət edirdim. Qadının bədəni xərçəng yaraları ilə dolurdu. Qırxa yaxın yaşı vardı. Məktəb müəllimi idi. Həkimlər ona bir neçə ay vermişdilər. Bəzən mən ona başçəkəndə biz demək olar ki, danışmırdıq, daha çox susurduq. Məhz bu saatlarda ona qəribə bir rahatlıq işartıları gəldi. Bütün yaşamı, məktəb həyatı boyu heç duymadığı bir rahatlıq.

Bununla belə, bir dəfə onu böyük üzüntü və əsəb içində gördüm.

-Nə olub? - soruşdum. 


Onun üçün əziz xatirəsi olan qiymətli brilyant üzüyünü itirmişdi. Dedi ki, ona qulluq etməyə gələn qadının götürdüyünə əmindi. Dəhşətə gəlmişdi. İnsan necə belə qəddar ola bilər? Evinə getdiyi adamın əşyasını oğurlayar? İndi mən nə etməliyəm? Bunu onunla aydınlaşdırmalı, yoxsa polisə getməliyəm? Bilmirəm dedim. Bu üzüyün və ya hansısa bir əşyanın onun həyatının bu anında nə qədər önəmli olduğunu düşünmək lazımdı.

-Anlamırsınız, - dedi. Nənəmin üzüyüdü. Mən hər gün onu taxırdım. Əllərim şişənəcən üzük hər gün barmağımda idi. Mənim üçün bu təkcə üzük deyil, əziz xatirədi. Necə üzülməyim?

 

Cavabın tezliyi, qəzəb və savunmaq istəyi onun hələ olanları özününün bir parçası kimi yox, hadisə kimi qəbul etməyə, özündən kənara çıxıb hər iki səbəbə ayrıca baxmağa hazır olmadığını göstərirdi. Onun qəzəbi eqosunun adından danışdığını göstərirdi.

Dedim:

-Mən sizə bir neçə sual vermək istərdim, yalnız onlara dərhal cavab verməyin, baxın görün içinizdə cavab tapa bilirsizmi. Mən hər sualdan sonra kiçik fasilə edəcəm. Cavab gələndə deyərsiz, cavabın söz formasında gəlməsi şərt deyil.

Dinləməyə hazır olduğunu dedi.

Soruşdum:

Siz hansısa məqamda o üzüklə ayrılacağınızı anlayırsız? Sizə onu əldən vermək üçün nə qədər vaxt lazımdı? Doğrudanmı o üzüksüz sizi bütünləşdirən qadının azalacağını düşünürsüz? Bu itki sizin kimliyinizdən nəsə qoparırmı? Sonuncu sual səsləndi və bir neçə dəqiqəlik sükut yarandı.

Qadın yenidən danışmağa başlayanda üzündə sakitlik və gülüş vardı.

-Sonuncu məsələ mühüm bir məqamı başa düşməyimə kömək etdi. Mənə əvvəlcə ağlım cavab verdi: "Hə, əlbəttə, səndən nəsə azalacaq". Sonra öz-özümə bu sualı verdim:

" Doğrudanmı, sənin kimliyindən nəsə azalacaq"? Bu dəfə cavabı fikirləşmədim, hiss etdim. Mən öz "mən varam" təbiətimi hiss etdim. Əvvəllər heç vaxt bu hissi yaşamamışam. Əgər "mən varam" təbiətini belə güclü hiss etdimsə, o zaman məni heç nə azalda bilməz. Hələ də bunu hiss edirəm, bu nəsə çox canlı, sakit bir duyğudu.

-Bu, həqiqi sevincdi, - dedim. Siz bunu yalnız öz başınızdan çıxanda hiss edə bilərsiz. Varlığı hiss etmək lazımdır. Varlığı düşünmək olmaz. Eqo onun haqqında heç nə bilmir, çünki fikirlərdən ibarətdir. Əslində, üzük sizin beyninizdəydi. Sözlərin arxasında gizlənmişdi. "Mən Varam" anlayışını onunla birgə qəbul edirdiz və ya onu "Mən Varam" ın bir parçası kimi.

 

 

 

Eqonun bağlandığı nə varsa hamısını təhrif edir, varlığın özünü də. Ancaq insan bunu hiss etmir. Siz bağlandığınız bütün əşyalar eqonun işidi. Əşyaları sevə bilərsiz, ancaq onlara bağlanırsızsa, bu o deməkdi onlar sizin tərkibinizə çevrilir. Əslində siz yox, eqodu itkilərdən üzülən. İtkini bütünlüklə qəbul edəndə siz eqodan kənara çıxırsız. " Mən varam” hissi güc gəlir. Bu isə özün olmaqdı, şüurlu davranmaqdı.

Mənim yetirməm dedi:

-İndi İsanın dediklərini başa düşürəm: "Kimsə sənin köynəyini istəyirsə, ona üst geyimini də ver”, əvvəllər bu sözlər belə anlamlı gəlmirdi mənə.

Doğrudur, mən dedim. Ancaq bu o demək deyil ki, siz qapını kilidləməli deyilsiz. Bu o deməkdir ki, şeyləri buraxmaq onları tutub saxlamaqdan daha böyük güc aktıdı.

Son iki həftədə həyatının ən işıqlı dövrünü yaşadı. Bədəninin sönməsinə baxmayaraq, üzü parıladıyırdı. O, çox şeyi asanlıqla buraxırdı- üzüyünü oğurladığını düşündüyü qadını da. Bir gün onun anası zəng edib qızının vəfatını xəbər verəndə üzüyün hamamdakı tibb dolabından tapıldığını dedi. Bəlkə, o qadın üzüyü qaytarmışdı, bəlkə də üzük elə əvvəldən ordaydı. Bunu heç vaxt heç kim bilməyəcək. Bircə onu bilirik: Həyat sənə yalnız bu təcrübəylə kömək edir - şüurun təkamülü bu cür baş verir. Sənə hansı təcrübə gərəkdi? Çox sadə. İndi yaşadıqların.

 

Əmlakınla, sahib olduqlarınla fəxr etməkdə, yaxud özünü kimdənsə aşağı hiss etməkdə pis nəsə var? Heç də yox. Fəxr etmək, qürur hissi, fərqlənmək arzusu pis şey deyil. Məsələ bunun eqo olmasındadı. Çox az "eqo” və ya "çox” eqo. Məsələ eqoya çox yer verməkdədi. Onu ciddi qəbul etməkdədi. Eqonu müşahidə edin ki, onun sərhədlərini aşasız. Onun həddən artıq ciddi qəbul etdikdə eqotipik davranışlar üzə çıxır. Gülümsə. Eqoya gülümsə, arabir hətta o səni güldürə bilər. Ondan azad ol. Bütün bəşəriyyət eqonun işğalı altındadı. Eqo sən deyilsən, mən deyil. Eqo başqalarıdı. Eqonun problemi saydığın hər şey daha böyük eqodu.

 
Ekhart Tollenin " Yeni dünya" əsərindən parça
Çevirdi: Aysel Alizada 
qadinkimi.com