YAZI / DÜŞÜNCƏ
Ən son nə zaman sevdin - Sevil Ülvi Tarix : 08 Aprel 2020, 12:04
Yazar : Qadinkimi.com
İnsanlar müəyyən yaş dövründən sonra sevgidən danısmaqdan, yazmaqdan sıxılarlar. Həyatın mənasını anlayanlar yalnız sevgini anlayanlarla bölüşər, çünki sevgi-yaşamaq istəyidir. Sevgi sizi çağırırsa onun ardınca mütləq gedin. Yolları nə qədər çətin, əzablı olsa belə. Təbii ki, bu həm də sizin cəsarətinizdən asılıdır. Cəsarətli insanlar hansı yaşda olurlar olsunlar, sevgidən, sevməkdən qorxmazlar. Lakin qorxaraq sevgidə yalnız hüzur, sakitlik, zövq-səfa axtaracaqsınızsa, sevginin axınını tərk etsəniz daha yaxşıdır.
 
Ən son nə zaman sevdin? Amma öyle öpdün, sarildın, uyudun falan deyil; ən son nə zaman gerçəkdən sevdin? Yanındaykən belə özləyərək, itirməkdən qorxaraq, dəli kimi qısqanaraq... Ən son nə zaman sevgiyə həsrət qoyduğunuz ürəyinizin sevgidən göynədiyini hiss etdiniz? Ən son nə zaman sevgidən titrəyən səsiniz sevdiyiniz insanın qulağına sevgi nəgməsi söylədi? Ən son nə zaman payız yağışına qosulub sevgidən ayaqyalın sevgi rəqsi etdiniz? Bunları xatırlayırsınızmı?
 
Sevincə hər şeyin ən gözəlini yaşamaq istəyir insan... Ürəkləri fərəhləndirən sevgi şeirləri yazmaq, ömrün sətir aralarında qalmış, heç kimsəyə söyləmədiyi sözləri fısıldamaq istəyir sevdiyinin qulagına. Hər gün yeni bir günə oyanmağın keyfini və xoşbəxtliyini sevərək yaşamaq istəyir insan, həm də son nəfəsinə qədər . O zaman yalnızca xoşbəxt olmağı deyil, xoşbəxt ölməyi də düşünürsən. "Sevirəm" deyərkən, "sevirəm" sözünü eşidərkən ürəyin yaşadığı ən möhtəşəm duyğudu. "Ən son nə zaman sevdin?" sordum yaa, mən ən son səni sevdim ömrümün bəzəyi, səni... Bəzən düsünürəm kas ki, daha çox sevə bilsəydim səni... Amma birini bundan daha çox sevmək mümkün deyil ki...
 

 
Sevil Ülvi
qadinkimi.com