QADIN / KİŞİ
Ən böyük sərmayə Tarix : 28 Fevral 2026, 17:50

Bəzən ailələrdə sevgi yerini inciklik, anlaşılmazlıq və gərginlik alır. Valideynlər arasında baş verən münaqişələr tədricən ailənin sütunlarını sarsıdır, bəzən isə tamamilə dağıdır. Bu çətin dönəmlərdə bəzi valideynlər, fərqində olmadan, uşaqları bu münaqişənin alətinə çevirirlər. Əksər hallarda ailə parçalananda, uşaqların duyğularından ən çox analar istifadə edir.

Modern ailə | PCC blog

Ana uşaqları ataya qarşı qaldıranda, elə bilir ki, kişidən qisas alır. Amma əslində o, uşağı özünün yarısından məhrum edir. Oğul üçün bu, nümunənin itkisidir, qız üçün isə dayağın. Uşaq ruhu iki sevən fiqur arasında parçalanır. Və bu yara ömür boyu qalır. Kin keçər, kişilər gəlib gedər, amma ata uşaq üçün həmişə atadır. Uşaqların hər iki valideyni sevmək hüququnu əlindən almağa dəyməz.

 

ƏN GÖZƏL AİLƏ BAŞÇISI… - Minbərdən Könüllərə

Atalar da səhv edə bilər, analar da. Amma uşaq üçün ata da, ana da müqəddəsdir. Onun sevgisini bölməyə, yönləndirməyə, manipulyasiya etməyə heç kimin haqqı yoxdur.

Uşaqların hər iki valideyni sevmək haqqını tanıyın. Bu, onların psixoloji sağlamlığına qoyulan ən böyük sərmayədir.

 

 

Qadinkimi.com