DƏB VƏ BAXIM
Ən adi ərzaqlar bizə sağlam bədən, qəşəng dəri bəxş edirlər Tarix : 25 Noyabr 2022, 17:43

Alma sirkəsi


Qeyri-adi təsirə malik sadə ərzaqdır. O, maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını azaldır. Onda çoxlu miqdarda C vitamini, faydalı mikroelementlər, pektin maddələri vardır ki, onlar bağırsaqların işini fəallaşdırır. 1 x.q sirkəni 1 stəkan isti suda həll edin, bal əlavə edib hər səhər için. 



Aloyeyə inan


Mariya Styuart tam sağlam həyat keçirməmişdi. Ancaq onun dərisi qüsursuz idi. Çünki şahzadənin kameristkası bütün günü ona dərisinə sürtmək üçün aloye şirəsindən və baldan  qarışıq hazırlayırdı. Bu bitki həqiqətən də çox güclü canlandırıcı təsirinə və toxumaların möhkəmliyini artırmaq xassəsinə malikdir. Aloye cövhərini daxilə də qəbul etmək olar. Aloyenin aktiv maddələri hüceyrələrin mübadiləsini tezləşdirir və iltihab prosesinin qarşısını alır. Ancaq ehtiyatlı olmaq lazımdır ki, aloye qarın işlətmə xüsusiyyətinə malikdir. 


Sitrus meyvələri


Sitrus meyvələrinin faydaları hər birimizə məlumdur. Lakin kiçik bir xatırlatma edək ki, yaxşı olar ki, bu meyvələri qabıqlı yeyəsiniz. Onun ağ hissəsində çoxlu C və R vitaminləri vardır ki, bunlar kollagen yaradır, hüceyrələrin regenerasiyasını aktivləşdirir, birləşdirici toxumanı möhkəmlədir. Bundan başqa portağalın qabığı pektin mənbəyidir. 


Zərdab


Süd zərdabı bədəndən artıq mayeni çıxarır. "Selülit”in qarşısını alır. Yeni hüceyrələrin yaranmasına kömək edir. 


Yaşıl çay


Bu ətirli içki xərçəngə tutulma riskini azaldır, insult və miokard infarktının qarşısını alır. Tərkibində yüksək dərəcədə tanin və katexina olan yaşıl çay azad radikallarla mübarizədə E vitaminindən daha aktivdir. Gündəlik 5 fincan çay vitaminlərə olan ehtiyacı ödəyir. 


Gözəllik kokteyli


100 ml natriumlu mineral suyu 2 ç.q. alma sirkəsi , 1 ç.q. bal ilə qarışdırın. İçkini acqarına qəbul edin. Özünüzü gümrah hiss edəcəksiniz. 

qadinkimi.com