Eks birinci xanımın yas xərclərini indiki birinci xanım üzərinə götürdü Tarix : 15 İyun 2019, 11:04
Eks prezident Əbülfəz Elçibəyin vəfat etmiş xanımı Həlimə Əliyevanın Kələkidə dəfn və yas mərasimi keçirilir. Eks birinci xanım Həlimə Əliyevanın yas mərasimi xərclərini indiki birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu adından üzərinə götürüb.

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Cənazə Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) gətirilib.

Qeyd edək ki, Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də vəfat edib. İyun ayının 24-ü isə Elçibəyin doğum günüdü.  


qadinkimi.com